Qardaşı oğlu 65 yaşlı qadının başını kəsdi, sonra... - DƏHŞƏTLİ CİNAYƏT

15-12-2018, 18:08
363
Qardaşı oğlu 65 yaşlı qadının başını kəsdi, sonra... - DƏHŞƏTLİ CİNAYƏT
Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 65 yaşlı Bəsti Məmmədova qətlə yetirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”un Gürcüstan bürosuna kənd sakinləri məlumat veriblər.
B.Məmmədovanın meyiti bu gün səhər saatlarında yaşadığı evin zirzəmisində başı kəsilmiş halda aşkar olunub. Zirzəmidə meyitin basdırılması üçün qəbir də qazılıb.
Qətlin beş gün öncə törədildiyi məlum olub. B.Məmmədovanı öz qardaşı oğlu Nicat Məmmədov qətlə yetirib. Hadisənin səbəbi məlum deyil.
N.Məmmədovun çoban olduğu və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.
Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Qətl törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti