Azərbaycanda zəif internet kabusu

3-03-2019, 12:30
89
Azərbaycanda zəif internet kabusu

Azərbaycanda son illər internetdə yaşanan problemlər düzəlmək bilmir. Sosial şəbəkələrdən də görmək olur ki, əksər internet istifadəçiləri sürətin zəif olmasından, qiymətlərin bahalığından şikayətlənirlər. Özəl provayderlərin belə satdıqları internet, müştərinin ödədiyi vəsaitə uyğun sürətdə deyil.

İstifadəçi hüquqları kobud şəkildə pozulur. Ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir. Misal üçün 30 günlük limitsiz internet tarifi sonuncu gün provayder tərəfindən dayandırılır. İstifadəçidən yenidən internet almaq üçün təkrar ödəniş etmək tələb olunur. Ancaq sürətdə problem yenə də qalır.

Bu barədə “Yeni Müsavat”a da çoxsaylı şikayətlər gəldiyi üçün məsələni araşdırmaq qərarına gəldik. İlk olaraq qeyd edək ki, ölkəyə internetin 80 faizini “Delta-Telekom”, 20 faizini isə “Azərtelekom” verir. Mütəxəssislər bildirirlər ki, əslində “Delta-Telekom”un paylayıcı nöqtəsi bir deyil, iki olmalıdır. Onlar şəhərin müxtəlif yerlərində quraşdırılmalı və bir-biri ilə əlaqələndirilməlidir. Lakin hələ də belə bir sistem mövcud deyil. Ona görə də hansısa qəza baş verən zaman ya internet birdəfəlik kəsilir, ya da sürəti aşağı düşür.

İnternet provayderlərindən birində çalışan, lakin adının çəkilməsini istəməyən şəxsdən aldığımız məlumata görə, son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi “Bakinternet”in həddindən artıq yüklənilməsidir. Mənbə bildirir ki, özəl şirkətlərin xidməti məhdudlaşdırılır. Səbəb isə “Bakinternet”in daha çox qazanc əldə etməsidir: “Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır. Problemi aradan qaldırmaq üçün qurğular yenilənməlidir”.

 

 

 

 

Məlumatlı mənbə qeyd edib ki, hazırda ölkədə internetin bu vəziyyətdə olmasının əsas səbəbkarı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) və “Azərtelekom”dur: “Ölkədə real vəziyyət bundan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi də konkret olaraq digər provayderlərə ögey münasibət sərgiləyir. Yəni nazirlik əsasən yuxarıda adlarını çəkdiyimiz BTRİB və ”Azərtelekom”u himayəsi altına alıb və onların monopolist fəaliyyətinə göz yumur. Məsələ budur ki, internetin konkret alınma miqdarı var. Əgər hansısa müəssisəyə və ya abonentə 1 meqabit internet çəkilməlidirsə, bu gün qeyd etdiyimiz sürət iki nəfər üçün nəzərdə tutulur. Düşünürlər ki, iki nəfərə 1 meqabit verək, biri işlətməyəndə, digəri işlədəcək. Ona görə də xüsusilə, axşam saatlarında insanlar internetin sürətinin aşağı olmasından şikayətlənirlər. Özəl provayderlər ona görə yaxşı işləmirlər ki, hamısı sıxışdırılır və lazımınca vəsaitləri yoxdur. Özəl provayder bu gün bilmir ki, sabah başına nə gələcək. Qeyd etdiyimiz səbəbdən də əksər provayder şirkətlər əlavə yatırımlar edib, texnologiyalarını yeniləmirlər.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti