Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməzSamsung"dan bu modellə bağlı etiraf diqqətli olun

21-10-2019, 14:51
19
Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməzSamsung"dan bu modellə bağlı etiraf diqqətli olun

“Samsung” texnologiya şirkətinin istehsalı olan “Galaxy S10” modelində ciddi bir problem ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu model şəxsi bilgilərin sadəcə telefon sahibinin barmaq izilə açılmasını təmin edən barmaq izli proqramla birlikdə istehsal olunub. Lakin “Samsung” istehsalı olmayan ekran qoruyucusu taxanda və bu qoruyucunu başqa telefona keçirəndə bu proqram hər kəsə açıq şəkildə işləyir.

Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada iddianı qəbul edib: “Problemi həll etmək üçün işlərə başlanıb və bu təhlükəsizlik səhvini aradan qaldırmaq üçün telefonlara yenilənmə gələcək”.

Qeyd edək ki, bu problem ilk dəfə telefonuna internet vasitəsilə aldığı ekran qoruyucusunu taxan birtaniyalı şəxs tərəfindən aşkar edilib. O, öz telefonunun ekran qoruyucusunu həyat yoldaşının telefonuna keçirib və onun cihazının təhlükəsizliyini qırıb. Qadın bundan sonra şirkətə şikayət göndərib.

“Samsung” isə istifadəçilərinə yalnız onların istehsalı olan aksessuarlar almağı tövsyiə edib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti