“Balans” Studiyası “Nəsimi” filmini tam bərpa etdi

21-12-2019, 11:00
21
“Balans” Studiyası “Nəsimi” filmini tam bərpa etdi

 


 

İmadəddin Nəsiminin  650 illik yubileyinə 
 
ANS Şirkətlər Qrupuna Daxil olan Balans Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə Dekabrın 20-də Nizami Kino Mərkəzində  böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirildi
Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond,  ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib və görkəmli şairin 650 illiyinə həsr edilib. 
Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi.  Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olundu.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans Studiyası”na təşəkkürünü bildirdi. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də bildirdi. 
Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək,  filmin çəkilişləri barədə təəssüratları ilə bölüşdülər. 
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib. 
Xatırladaq ki, “Nəsimi” filmi Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “BalANS” Milli Rəqəmsal Bərpa Studiyası, “Azərbaycanfilm" kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti