Azərbaycan startapı minaaxtaran dron layihəsi hazırlayıb

17-12-2020, 12:40
40
Azərbaycan startapı minaaxtaran dron layihəsi hazırlayıb

 

Azərbaycan startapı minaları müəyyənləşdirə bilən dron aparatının yaradılması layihəsinin inkişafı ilə bağlı "Innoland" İnkubasiya və Akselerasiya Mərkəzinə müraciət edib.
"APA-Economics" xəbər verir ki, bunu "İnnovasiya həftəsi" çərçivəsində keçirilən "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" onlayn forumunda çıxış edən Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov deyib.
Onun sözlərinə görə, Elektron Hökumətin İnkişafı Mərkəzi agentliyin tabeliyində olduğuna görə, elektron hökumətin inkişafı ilə bağlı da müxtəlif xidmət və məhsullarla bağlı yerli şirkətlər tərəfindən müraciətlər daxil olur: "Ən son aldığımız təklif, minaları müəyyənləşdirən dron aparatı layihəsidir. Bu, tam reallığa və mövzuya uyğun bir təklifdir. Biz davamlı şəkildə müxtəlif təkliflər alırıq və çalışırıq, o təklifləri dəyərləndirək. Maraqlı layihələr olduqda biz çalışırıq onları rezident qismində "Innoland"a dəvət edək ki, oradakı mövcud imkanlardan yararlansınlar".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti