Rusiya silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək

9-02-2021, 13:38
19
Rusiya silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək
Rusiya silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək
Rusiya Silahlı Qüvvələri silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək.
 
Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
 
“Ötən il biz Ali Baş komandanın 2012-ci il may fərmanlarında verdiyi tapşırıqları icra etdik. Qoşunlarımızdakı müasir silahların və hərbi texnikanın həcmi 70,1 faiz olub. İndi silahlanmaya Silahlı Qüvvələrin perspektivli simasını müəyyən edən süni intellektli texnologiyanın tətbiqini təmin etmək lazımdır”, - deyə S. Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbər heyətinin toplantısında qeyd edib.
 
Nazir vurğulayıb ki, döyüş hazırlığında robotlaşdırılmış komplekslərdən, pilotsuz uçuş aparatları və avtomatlaşdırılmış idarəetmə sistemlərindən getdikcə daha çox istifadə olunur.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti