"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"

23-12-2019, 09:55
57
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"

 


 

Təhsil və korrupsiya: ən yeni tarix...
2013-cü ildə Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov və bir neçə nəfər həbs olunmuşdu. Mübariz Mahmudovdan aşkar olunan siyahıda nazirliyə çatası böyük məbləğ televiziyalarda açıq şəkildə səsləndirildi (nazir Misir Mərdanov idi). Ancaq nazirlikdə bir nəfərə belə "gözün üstündə qaşın var" deyən olmadı.
2009-cu ildə Goranboy rayon Təhsil şöbəsinin müdiri Elmar Əliyev həbs edildi. Bu adam Misir Mərdanovun ən yaxın adamı idi. Bir rayondakı korrupsiyanın miqyasına diqqət edin: "Yoxlama zamanı təhsil şöbəsinin kassasında 31486 manat məbləğində pul vəsaitinin çatmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142600 manatın saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olan müəllimlərin adlarına hesablanmış 48862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1241953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əməkhaqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara edilib."
Azərbaycan Dövlət Dillər Universiteində 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, Səməd Seyidovun rəhbərlik etdiyi təhsil müəssisəsinin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına, universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə görə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Eyni zamanda, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafi təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Bu ali məktəb cəmi 12-cə milyon dövlət vəsaiti yağmalanmışdı.
Etibar Əliyev, Təhsil eksperti, təhsil naziri yanında İctimai Şuranın üzvü
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti