Yevlax şəhəri yeni mərhələnin başlanğıcında

25-12-2019, 10:00
244
Yevlax şəhəri yeni mərhələnin başlanğıcında

 

Yevlax şəhəri yeni mərhələnin başlanğıcında

 

 

 


    Hər kəsə bəllidir ki, Yevlax şəhəri Respublikamızın dövlətçilik tarixində zaman-zaman xüsusi rol oynayan şəhərlərdən biri olub. Buna müxtəlif amillərin varlığı və baş verən bir çox ictimai-siyasi proseslərin təsiri olub ki, bu da son anda bu şəhərin adının dillər əzbəri olması ilə nəticələnib. Bütün bunlardan əlavə, ötən illər ərzində Yevlax şəhərinin dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığı və s, heç də yaddaşlardan çıxmayıb. Belə bir səbəblər üzündəndir ki, zaman-zaman tam əksəriyyətin nəzər-diqqəti bu şəhərə yönəlib, bu şəhərdə baş verən proseslər, əldə olunan naliyyətlər, nöqsan və problemlər daim müzakirə obyekti də olub. Bir neçə gün bundan öncə baş verənlər, məhz bir daha bu şəhərin adının dillər əzbərinə çevrilməsinə səbəb oldu. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli 1527 nömrəli Sərəncamı ilə, Tağıyev Anar Aqil oğlu Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu. Bu təyinatdan sonra yerli sakinlər arasında belə bir ictimai fikir formalaşıb ki, artıq Yevlax şəhərində yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyuldu. Çünki, Anar Tağıyev ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. 
  Təyinatının ilk günündən  şəhərin hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan ŞİH-nin başçısı, bu gün atdığı addımları ilə ona göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağa çalışır. Belə bir səbəblər üzündən də, KİV nümayəndəsi olaraq Anar Tağıyevin həyata keçirdiyi idarəçiliyin mahiyyətini, daha çox isə, bu şəxsə qarşı ictimai fikirin hansı aspektdən formalaşmasını ayırd etməyə qərar verdik. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, ŞİH-nin başçısı hər zaman xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atan vəzifə sahiblərindən biri olub.  Fakt budur ki, bu şəxs Yevlax şəhərinə icra başçısı təyin olunduqdan sonra, şəhərdə çoxsaylı abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb. Biz bunları şəhərin mərkəzi hissələrində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində öz gözlərimizlə gördüyümüzdən, atılan hər bir addımın nəticəsi olaraq, bu şəxsə qarşı yanaşmamızı ortaya qoymağa çalışdıq.  
  Anar Tağıyev - 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuş və 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbdə orta təhsilini uğurla başa vurmuşdur. O, 2001-ci ildə Bakı Dövlət Universitetində, 2005-ci ildə isə, Moskva Dövlət Vilayət Universitetində ali təhsilini müvəffəqiyyətlə başa vurur. Bu şəxs ali təhsil almaqla bərabər 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas,  2006-cı ildə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Birgə layihələr şöbəsində mühəndis, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi,  2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində, 2010-2011-ci illərdə Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş şöbəsinin müdiri, 2011-ci ildən isə, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Anar Tağıyev heç də sıradan bir şəxs deyil. Bu şəxsin gənc yaşlarından olduqca məsul vəzifələri daşıması, məhz onun formalaşmasına, üzərinə düşən vəzifəsini dolğun şəkildə yerinə yetirməsinə təsir edən əsas amillər olub. Belə bir səbəblər üzündəndir ki, ötən ayyarım müddət ərzində ŞİH-i  başçısının rəhbərliyi və nəzarəti altında Yevlaxda çoxsaylı layihələrə imza atılmaqdadır. Çünki, bu gün şəhərin bütün sahələrində infrastruktur yeniləşmələri həyata keçirilir və belə bir halın varlığı da, artıq hər kəsə yeni bir ruh verməkdədir.  
    Əldə etdiyimiz məlumatlara görə, Anar Tağıyev xaraktercə yaradıcı və qurucu şəxsdir. Qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən, hər sakinin probleminə diqqətlə yanaşan bu şəxsin əsas amalı, məhz xalqına və dövlətinə bağlı olmaqdır. O da hər kəsə gün təki aydındır ki, ŞİH-nin başçısı sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün, ötən müddət ərzində mütəmadi olaraq səyyar görüş-qəbullar keçirməkdədir. Keçirilən səyyar görüşlər zamanı sakinlər şəhərin ərazilərində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə, məhz ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, onlar şəhər ərazilərindəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş də edirlər. Ölkə rəhbəri cənab İlham Əliyev bu şəxsə etibar və etimad göstəribsə, deməli Anar Tağıyevin xarakterik xüsusiyyətini, iş görmək bacarığını, təşkilatçılıq qabiliyyətini və digər halların varlığını nəzərə alaraq, bu şəxsi Yevlax şəhərinə icra başçısı təyin etdi.
   Bəli, Anar Tağıyev icra başçısı olduğu qısa müddət ərzində şəhərin bütün sahələrində yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Məhz, belə bir səbəblər üzündəndir ki, cənab İlham Əliyev adı çəkilən bu şəxsə qarşı bəlli münasibətini ortaya qoyur. Sözsüz ki, atılan addımlar bir daha onu sübut edir ki, Anar Tağıyev cənab Prezidentin etibar etdiyi vəzifə sahiblərindən biridir. Düşünürük ki, Yevlax şəhərinin tarixində silinməz izlər buraxmaqla, adını yaddaşlara qurucu və yaradıcı şəxs qismində həkk etdirməyə nail olacaq bu şəxs, ona göstərilən etimadı bundan sonra lazımınca doğurultmağa çalışacaq. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, Anar Tağıyev əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını bu gün Yevlax şəhərinə məxsus problemlərin həllinə yönəldir ki, atılan addımları da hər kəs görür. 
             

   Hazırladı:  Teymur Kəngərli

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti