QAZAĞIN “MALİYYƏ KORONAVİRUSU”

18-05-2020, 09:49
96
QAZAĞIN “MALİYYƏ KORONAVİRUSU”

 QAZAĞIN “MALİYYƏ KORONAVİRUSU”

 

Rəhmətlik Novruz Abdullayevin sağlığında, rəis olduğu dönəmdə Qazax rayonu üzrə Maliyyə İdarəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsi olaraq, öz üzərinə düşən əsas vəzifələrin öhdəsindən pis-yaxşı gələ bilirdi. O vaxt ara-sıra müşahidə olunan nöqsanları nəzərə almasaq, İdarə Qazax rayonu üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir, dövlət büdcəsinin Qazax rayonu üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını vaxtlı-vaxtında təmin edirdi. Söz yox, bəzən mətbuatda haqlı-haqsız tənqidə tuş gəlsə də, Novruz müəllimin rəhbərlik etdiyi İdarə dövlət büdcəsinin Qazax rayonu üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında həyata keçiririd. Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edirdi. Qazax rayonu üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə Novruz müəllimin hazırladığı təkliflər səmərə verirdi. Novruz müəllimin bir müsbət xüsusiyyəti də bu idi ki, rəhbərliyi altında işləyən şəxsləri onların üzə çıxan neqativ əməllərinə görə ciddi tənbeh edir, amma güdaza vermirdi. İşləri elə yoluna qoyurdu ki, İdarənin əməkdaşları səhvlərini başa düşüb korruptiv əməllərdən çəkinsinlər. Rayon ictimaiyyəti və İdarənin kollektivi yaxşı xatırlayır ki, hazırki rəis Elçin Rzayev o vaxtdan maxinasiyaya meylliliyi ilə tanınırdı. Lakin, N.Abdullayevin qətiyyəti onu “cızından çıxmağa” qoymurdu. N.Abdullayevin vəfatından sonra rəis vəzifəsinə irəli çəkilən Elçinin necə deyərlər, əli-qolu açıldı – nə açıldı. İş başına keçər-keçməz dövlətin maliyyə siyasətinin Qazax rayonunda həyata keçməsi yolunda əngəllər yarandı, pozuntular baş alıb getməkdədir. Redaksiyamıza daxil olan məlumatda yeni rəisin büdcə təşkilatlarının bütün gəlirlərindən pay umduğu bildirilir. Məsələn, o, rəis təin olunandan büdcədən maliyələşdirilən müəssisə və təşkilatlara ayrılan dəftərxana və digər xərclərin qonşu Ağstafa rayonundan nağdlaşdırılmasına başlanıb ki, bunun da izin itirilməsinə hesablanıldığı deyilir. Məlumatda həmçinin, bu ilin mart ayında “oduncaq əməliyyatında da xeyli maliyyə vəsaitinin mənimsənildiyi qeyd olunur. Maraqlı burasıdır ki, Elçin Rzayev ölkədə “qara iqtisadiyyata”, qeyri-leqal məşğulluğa qarşı mübarizənin gücləndirildiyi indiki vaxtda dövlət qulluğu ilə bir araya sığımayan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ona məxsus fermer təsərrüfatına müqaviləsiz əmək qüvvəsi cəlb edib. E.Rzayevin qeyri-məqbul işdəycələri barədə əlimizdə hazırda dəqiqləşdirilmə mərhələsində olan başqa məlumatlar da vardır ki, oxucularımızla yaxın görüşlərimizdən birində açıqlayacağıq. Vəkil Rüstəm

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti