KİVDF-NİN SAYTINDA VÜQAR SƏFƏRLİDƏN QALMA BÜTÜN İZLƏR SİLİNİB

22-05-2020, 13:00
100
KİVDF-NİN SAYTINDA VÜQAR SƏFƏRLİDƏN QALMA BÜTÜN İZLƏR SİLİNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə Əhməd İsmayılov təyin edilmişdir.
10 ildən çox müddətdə sə bu qurumun icraçı direktoru Vüqar Səfərli olmuşdur ki, bir müddətdir onun ötən dövrdəki fəaliyyəti ölkə KİV-lərində sərt tənqid edilir, o, korrupsiya əməllərində suçlanır.
Xatırladaq ki, KİVDF-nin rəsmi saytını vaxtilə Vüqar Səfərlinin rəhbərliyi altında büdcədən ayrılan pul vəsaitlərinin layihələr və yazı müsabiqələri adı altında bölüşdürülməsinə dair Fondun Müşahidə Şurasının iclaslarının fotoşəkilləri bəzəyirdi. Artıq son günlər saytda yenilənmə aparılır və Vüqar Səfərlidən qalma məlum izlər tamamilə saytdan götürülüb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti