Qurban Qurbanov futbol tariximizin parlaq simasıdır

10-07-2020, 09:37
1 743
Qurban Qurbanov futbol tariximizin parlaq simasıdır

 
     Qurban Qurbanov futbol tariximizin parlaq simasıdır Futbol — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növüdür və hazırda dünyanın 200-dən çox ölkəsində 250 milyon futbolçu tərəfindən oynanılır. Belə bir halın varlığı da, məhz futbolu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynalınır. Oyunun məqsədi mümkün qədər çox dəfə rəqib qapısına qol vurmaq və öz qapından qol keçirdməməyə çalışmaq olur.
Qapıçılar əllə oynamaq icazəsi verilən yeganə oyunçulardılar. Bir şərtlə ki, onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər, həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrindən də istifadə edə bilərlər. Oyunu ən çox qol vuran komanda udur. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heçheçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası tərəfindən tənzimləşdirilir.
 Bu gün Azərbaycan futbolunun çoxsaylı parlaq simaları var ki, onlardan biri də Qurban Osman oğlu Qurbanovdur. O, 13 fevral 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olmuşdur. Qurban Qurbanov valideynlərinin sonuncu övladı olur. Orta təhsilini doğulduğu kənddə alan bu gənc, 1979-cu ildə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə birinci sinifə daxil olur və son iki sinfi 3 saylı orta məktəbdə davam etdirməli olur. Uşaq vaxtlarında ikən futbola hədsiz dərəcədə həvəs göstərən Qurban Qurbanov, 9-cu sinifdə oxuyarkən onu məşqçi Şaban Şirdanov  "Daşqın" Zaqatala klubuna gətirir. 9-cu sinfi başa vurduqdan sonar o, həmin klubda əsas heyətdə futbol oynamağa başlayır.

Qurban Qurbanov futbol tariximizin parlaq simasıdır

 

Qurban Qurbanov Azərbaycanda futbol üzrə mütəxəss olmaqla bərabər o, keçmiş Azərbaycan futbolçusudur, əməkdar məşqçidir. O, peşəkar futbolçu olaraq çox zaman hücumçu mövqeyində oynamışdır və 2017-2018-ci illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.  O, futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə isə ölkə çempionatının bombardiri olub. 1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini daşıyıb. 2008-ci ildən bugünə kimi "Qarabağ" futbol klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
Qurban Qurbanov hazırda "Qarabağ" futbol klubunun baş məşqçisidir və o, bu kluba ən çox oyun keçirən, ən çox qələbə qazandıran baş məşqçidir. 2016-cı ildə o, Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanmağa nail olur. Fakt budur ki, Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur və keçmiş hücumçu olaraq o, 1992-2005-ci illər ərzində Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Artıq 14 ildir ki, futbolçu karyerasını bitirsə də, Qurban Qurbanov hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.
Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir və həmin ilin iyun ayının 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşır. Qurbanov həmin görüşün 14-cü dəqiqəsində hesabı açır və 41-ci dəqiqədə isə, ikinci qolu rəqib oyunçuların qapısından keçirir. Yəni, qarşılaşma 3:3 hesabı ilə başa çatır və bu oyun Qurbanov üçün millidə qol hesabını açması və dubl etməsi ilə yadda qalır. Qurbanov millidə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.  Həmin ilin mayında isə Qurbanov millidə 4-cü qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir və matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.
   Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır və o, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.  Avro-2000-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən oyunda da Qurbanov fərqlənir. O, 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur. Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.
Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də, Qurbanov üçün əlamətdar hadisə olur. O, səfərdəki matçda olduğu kimi, "Tofiq Bəhramov"da da rəqib qapısına yol tapmağı bacarır və 4:0 hesablı qələbədə ilk qolu Qurbanov vurur. Artıq millinin əsas qol silahına çevrilən Qurbanov, Avro-2004-ün seçmə mərhələsində də komandasına öz töhfəsini verir. O, 2003-cü ilin 12 fevralında Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur. Yığması 0:2 hesabı ilə geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən xilas edərək millisinə bir xal qazandırır. Qurbanov bu rəqiblə Bakıda keçirilən oyunda da toru silkələməyi bacarır. Qurbanov 2004-cü ildə Moldova, Özbəkistan və Latviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.
 Ümumiyyətlə, "Qarabağ"ın futbol komandasının saysız-hesabsız uğurlar qazanmasında Qurbanov qardaşlarının  əvəzsiz zəhməti, klub rəhbərliyinin yaratdığı şəraitin varlığı olub.  Fakt budur ki, hal-hazırda Qurban Qurbanov Aərbaycan futbolunu irəliyə çıxara bilib və çoxlarının xəyallarını gerçəkləşdirməyi bacardı.
Hazırladı: Teymur Kəngərli 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti