Vüqar tutduğu əməllərə görə nə vaxt həbs olunacaq?

1-11-2020, 08:30
49
Vüqar tutduğu əməllərə görə nə vaxt həbs olunacaq?
Vüqar tutduğu əməllərə görə nə vaxt həbs olunacaq? 1991-ci ildə Azərbaycan Respublikası  müstəqillik hüququnu əldə etdikdən sonra, dinə qarşı bəslənilən münasibət illər keçdikcə özünü fərqli formada göstərməyə başladı. Sevindirici hal o oldu ki, xalqımız  tarixi keçmişdə mənsub olduğu adət-ənənələrini bərpa etdi, hər kəsin fikirinə, düşüncə tərzinə hörmətlə yanaşma ortaya qoyuldu. Hətta, illər keçdikcə hər kəs öncədəngörənlik istedadını və bir çox qabiliyyətini ortaya qoyub daha da məşhurlaşdı. Amma, onu da unutmaq olmaz ki, din pərdəsi altında məşğul olan elə şəxslər də oldu ki, onlar yaradılmış imkanlardan sui-istifadə etməklə öz maraqlarını təmin edə bildilər. Bugünkü günümüzə gəldikdə isə onu deyə bilərik ki, Balakən rayonu, Hənifəli qəsəbəsində ekstrasenslik fəaliyyəti ilə məşğul olan Vüqar da, belə şəxslərdən biridir. Bu şəxs haqda lazımi məlumatları əldə etdikdə o da bəlli oldu ki, Bu şəxsin belə bir ixtisasa sahib olması, amma sonradan sahib olduğu ixtisası üzrə deyil, ekstrasesnslik fəaliyyəti ilə məşğul olması, bəzi şübhələrə yollar da açır. Hətta, ayrı-ayrı çevrələrdə müəyyən söz-söhbətlər də dolaşır ki, bu şəxs cadugərliklə, “qara magiya” və s. ilə məşğul olur. Belə bir fəaliyyət növü ilə məşğul olmaq bütün dinlər tərəfindən qadağan olunsa da, Vüqar buna məhəl qoymadan fəaliyyətini davam etdirməsi, artıq adı çəkilən bu şəxsin səmimi olmadığını sübut etmiş olur.
    Hətta, müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, guya bu şəxs kimlərəsə heç bir pislik etmək arzusuna düşmür və bu yöndə hər hansı addımını da atmır. Bundan əlavə o, hüzuruna gələn hər kəsi  diqqətlə dinləyir, kimlərəsə köməkliklər etmək istəyində olur. Amma, əslində bu heç də belə deyil. Əldə etdiyimiz şifahi məlumatlara görə, Vüqar özü haqda təbliğatını belə bir formada təbliğ etdirir. Məsələn, o, orda-burda danışır ki, “Yanıma elə insanlar gəlir ki, onlar “qara magiya” ilə məşğul olanların, digər əməl sahiblərinin qurbanına çevrilirlər. Nə qədər çalışsalar da, düşdükləri bəlalardan heç cür xilas ola bilmirlər. Son anda ümidlərini mənə bağlayıb hüzuruma gəlirlər. O zaman həmin şəxsləri diqqətlə dinləyib dərdlərinə əlac edirəm. Bəxti bağlanmış qızların, cadu-düyünə salınmış insanların naümid qalmalarına imkan vermirəm. Çünki, hər dara düşənə, problemlə üz-üzə qalan insanlara kömək əlimi uzatmaq, zaman-zaman əsas amalım olub” deyir. Əslində belə bir danışıqların heç birinə inanmaq lazım deyil. Çünki, bu şəxsin söylədiklərinin hər biri cəfəngiyatdır, gopalogiyadır.
    Vüqar tutduğu əməllərə görə nə vaxt həbs olunacaq? Bütün bunlardan əlavə, özünü hər kəsə ekstrasens deyə təbliğ edən Vüqar artıq bir kimsənin inamı qalmadığından, o, təbliğatını apartdırmaq üçün bəzi “muzdlu jurnalist”lərdən istifadə etmək məcburiyyətində qalır. Belə ki, o, həmin şəxslərə bir qədər “pul-para” verib, bəzi mətbu qurumlarda barəsində məqalələr dərc etdirir. Guya ki, bu şəxs qeyri-adi istedada sahibdir, beş ildən, hətta on ildən sonra baş verə biləcək hadisələri görmək qabiliyyətinə də malikdir. Amma, bu şəxs onu dərk etmir ki, indi 21-ci əsrdir, hər kəs “ağı qaradan” seçməyi bacarır. Yəni, bu cür ucuz, bu cür çılğın təbliğatla nəyəsə nail olmaq, hansısa məqsədə çatmaq mümkün deyil.
 Regionxebertv.com-a daxil olan ilginc məlumatlara görə, bu şəxsin yaşadığı qəsəbədə yaşayan, hətta yaxın-uzaq ərazilərdən onun hüzuruna üz tutan sakinlərin Vüqara qarşı narazılıq hissi günü-gündən artmaqda davam edir. Belə bir narazılıq hissinin baş qaldırmasına əsas səbəb, onun həmin şəxslərə verdiyi vədlərin həllini tapmaması olur. Məsələnin hər kəsi təəccüb edəcək halın varlığı odur ki, çoxsaylı sakinləri müxtəlif yollarla aldadıb “tora salan” bu şəxsə, hələ də bir kimsə “qaşın üstə qara var” demir. Deməli, “torbada “qara pişik var ki, ...
 
           Mövzuya qayıdacağıq.
     
Regionxebertv.com                
 Teymur  Kəngərli 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti