Gəncəbasarda dekan zorlamada ittiham olunur

20-11-2020, 15:01
91
Gəncəbasarda dekan zorlamada ittiham olunur

Bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsinin dekanı Əfqan müəllimlə bağlı Gəncəbasar zonasında dolaşan söz-söhbətlər elə bir “ildırım surəti” ilə yayılıb ki, nəinki bölgənin orta nəslinin nümayəndələri, hətta yaşlı nəslin nümayəndələri də bu şəxslə bağlı mövzunun müzakirəsini yenə də davam etdirməkdədirlər. Əvvəla onu qeyd edək ki, adı çəkilən bu şəxs müəyyən yaş həddini keçib və ahıl yaşına doğru addımlarını atmaqdadır. Bundan əlavə, hazırda Aqrar Universitet respublikamız üçün olduqca strateji əhəmiyyət kəsb edən aparıcı təhsil müəssisələrindən biridir. Ona görə düşünürük ki, bu şəxs istənilən addımını atarkən yüz ölçüb bir biçməli və ətrafda olan hər kəsə nümunə də olmalıdır. Bu belə olmalı olduğu halda, düşündüklərimizin əksinə olaraq, hazırda bu şəxsin adı ilə bağlı bir çox xoşagəlməz olaylar müzakirə obyektinə çevrilməkdədir. Yəni, Gəncəbasar zonasında yayılan söz-söhbətlərdə, bu şəxsin adı əslən Zaqatala rayonundan olan Haqverdiyeva Nərmin Nizami qızı ilə “işbirliyində” hallanır və bu heç də xoşagələn hal deyil. Bölgə sakinlərinin adı çəkilən bu şəxslə bağlı danışdıqlarını eşitdikcə, sanki şoka düşdük. Çünki, sakinlər danışırlar ki, dekan vəzifəsini daşıyan bu şəxs son vaxtlar “gənc xanımlar”a “bir könüldən min könülə aşiq olduğundan”, onun adı ətrafında dolaşan söz-söhbətlər də, günü-gündən çoxalmaqda davam edir. Yəni, yayılan söz-söhbətlərdə bildirilir ki, dekan vəzifəsini daşıyan Əfqan müəllim Nərmin Haqverdiyevaya “mədəni təcavüz” edib. Düzdür, biz bu yöndə yayılan söz-söhbətləri eşitsək də, hələlik həmin söz-söhbətlərin nə dərəcədə həqiqi olub-olmadığını tam şəkildə təsdiq edə bilmirik. Amma, söyləyəcəyimiz fikir o olacaq ki, əgər bu şəxs belə bir addımını atıbsa onu“topa tutmaq”da haqlıyıq. Məhz ona görə ki, bu gün o, həm dekan vəzifəsini icra edir, həm də tabeçiliyində çoxlu sayda müəllim kontinginenti və s. çalışır. Hələ aqrotexnologiya ixtisası üzrə təhsil alan tələbələrin siyahısını dilə gətirmirik.

Adı çəkilən bu şəxslə bağlı yayılan başqa bir söz-söhbətdə o da vurğulanır ki, Əfqan müəllim barəsində yayılanların ictimailəşməsinin qarşısını almaq məqsədilə, müəyyən addımlar atır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamızı davam etdirib, mövzunu diqqətdə saxlayacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Regionxebertv.com

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti