Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

21-11-2020, 16:01
114
Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

Artıq xeyli müddətdir ki, İbrahim Cəfərovun rektor olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsində dekan vəzifəsini daşıyan Əfqan müəllimin adı ilə bağlı yaşanan biabırçılıq, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib.  Belə bir səbəb üzündən də yaşanan çirkin olay, hal-hazırda nəinki orta nəslinin nümayəndələri, hətta yaşlı nəslinin nümayəndələri tərəfindən də daha çox diqqətdə saxlanılır. Söylənilənlərə görə Əfqan müəllim bir neçə ildir ki, rektor İbrahim Cəfərovun “dobro” deməsindən sonra aqrotexnologiya fakültəsinə dekan təyin olunur və hal-hazırda o, orta yaş həddinə çatmış bir şəxsdir.

Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

 

Onu da qeyd edək ki, bu gün İbrahim Cəfərov respublikamızda olduqca strateji əhəmiyyət kəsb edən aparıcı bir təhsil müəssisəsinə rəhbərlik edir və o, cənab Prezidentin  25 iyul 2013-cü il tarixli  Sərəncamı əsasında rektor vəzifəsinə təyin olunur. Yəni, ölkə rəhbəri zamanında bu şəxsə etimad və etibar göstərdiyindən, məhz qeyd olunan tarixdə belə bir addımını atır. O halda ortaya  düşündürücü sual çıxır ki, görəsən olduqca nüfuzlu təhsil ocaqlarından birində dekan vəzifəsini daşıyan bu şəxsin ziyalı adı ilə uzlaşmayan, heç bir çərçivəyə sığmayan adımına, hansı səbəbdən rəhbərlik hələ də loyal münasibət bəsləməkdədir? Yəni, rektor İbrahim Cəfərov Əfqan müəllimi atdığı iyrənc addımına görə cəzalandırmaq əvəzinə, bu gün də onun dekan vəzifəsini daşımasına imkan yaradır.

Hazırda daha çox Gəncəbasar zonasında yaşayan sakinlər danışırlar ki, Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsində dekan vəzifəsini daşıyan Əfqan müəllim, son vaxtlar “gözəgəlimli xanımlar”a daha çox “aşiq olduğundan”, o, bir müddət bundan öncə əslən Zaqatala rayonundan olan Haqverdiyeva Nərmin Nizami qızına “mədəni təcavüz” edir. Əslində, Əfqan müəllim dekan vəzifəsini daşıdığından o, istənilən addımını atarkən yüz ölçüb bir biçməli və ətrafda olan hər kəsə nümunə də olmalıdır. Bu belə olmalı olduğu halda, bizim və tam əksəriyyətin düşündüklərinin əksinə olaraq, onun çirkin bir addımını atması olduqca usandırıcı haldır. Digər tərəfdən, əgər o, bu gün atdığı addımına görə rəhbərlik tərəfindən lazımi cəzasını almırsa, deməli gələcəkdə həm Əfqan müəllim, həm də digərləri oxşar addımlarını ata bilərlər. Yəni, bu cür çirkin əmələ qol qoyan, yaxud da qol qoymaq fikirinə düşən hər kəs cəzasızlıq mühitinin varlığını gördüklərindən, istənilən addımı atmaq qərarına gələ bilərlər.

Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

 

Daha düşündürücü hallardan biri də, böyük bir təhsil müəssisəsi auditoriyasında çalışan, yaxud da ali təhsil alan kontinginet arasında belə bir söz-söhbətin dolaşması və onların baş verən çirkin olay haqda məlumatlı olmalarıdır. Faktdır ki, bu cür çirkin əməl istənilən halda gənc yaşlarında olan tələbələrin əxlaqi-mədəni tərbiyələrinə, sağlam ruhda formalaşmalarına, dünyagörüşünə, psixalogiyalarına və s. olduqca mənfi təsir edən halların varlığıdır. Əslində bir çox ziyalılar kimi Əfqan müəllim də, hər addımında Azərbaycan ziyalısı adını qorumağa çalışalı, şərəfli ziyalı adı ilə öyünməli və heç bir halda çalışdığı ali təhsil müəssisəsinin adına ləkə gətirməməlidir. Bütün bunların əksinə olaraq, adı çəkilən bu şəxsin atdığı addımlarla bağlı redaksiyamıza təqdim olunan video-çəkilişə baxıb danışıqları dinlədikcə, birbaşa şoka düşməli olduq. Yəni, həmin video-çəkilişi bu gün etka naminə, müəyyən ədəbi və əxlaqi qaydalara uyğun olaraq geniş ictimaiyyətə təqdim edə bilmirik.

Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

 

Bəli, biz bu yöndə yayılan söz-söhbətləri eşitdikcə, təqdim olunan video-çəkilişə baxıb danışıqlara qulaq asdıqca, düşünürük ki, Əfqan müəllimi “topa tutmaq”da haqlıyıq. Çünki, hazırda o, həm dekan vəzifəsini daşıyır, həm də onun tabeçiliyində çoxlu sayda müəllim kontinginenti və s. çalışır. Hələ aqrotexnologiya ixtisası üzrə təhsil alan tələbələrin siyahısını dilə gətirmirik. Adı çəkilən bu şəxslə bağlı yayılan başqa bir söz-söhbətdə o da vurğulanır ki, Əfqan müəllim qol qoyduğu biabırçı olayla bağlı barəsində yayılanların ictimailəşməsinin qarşısını almaq məqsədilə, bu gün də müəyyən addımlarını atmaqda davam edir. Hətta o, atdığı çirkin addımla bağlı əmələ gələn problemi qaydaya salmaq məqsədilə, indiyə kimi bəzi KİV nümayəndələrinin vasitəçiliyindən istifadə etməyə də çalışıb.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamızı davam etdirəcəyik və mövzunu diqqətdə saxlamağa çalışacağıq.  Odur ki, bizi izləməyi unutmayın.

Rektor İbrahim Cəfərovun dekanı zorlamada ittiham olunur- ŞOK FAKT

 


P.S. Problemin araşdırılması ilə bağlı polis əməkdaşlarının apardıqları araşdırmalar isə, bu gün də çoxsaylı şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır. Ona görə də düşünürük ki, bu məqalənin yayımlanmasından sonra problemin daha müfəssəl araşdırılmasını həm Baş Prokurorluq, həm DİN-i, həm də Təhsil nazirliyinin və s. əməkdaşları diqqətdə saxlayıb, bu yöndə lazımi addımlarını atacaqlar.

Növbəti yazımızda həmçinin İbrahim Cəfərovun dövlət əleyhinə çıxışını əks etdirən səs yazısını da oxucuların diqqətinə çatdıracağıq...

Bizi izləyin...

 

Regionxebertv.tv

Teymur Kəngərli

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti