Tovuz Rayon Elektrik Şəbəkəsi 12 nəfər sahibkara “tələ qurub”-VİDEO/FAKT

20-12-2020, 15:51
61
Tovuz Rayon Elektrik Şəbəkəsi 12 nəfər sahibkara “tələ qurub”-VİDEO/FAKT

Deyəsən Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə  daxil olan Tovuz Elektrik Şəbəkəsinin rəhbərliyi ilə bərabər, əməkdaşları da adət etdikləri “bic əməllər”dən, hələ də əl çəkmək fikirində deyillər. Düzdür, xeyli müddət bundan öncə redaksiyamıza adı çəkilən bu rayonun enerji təchizatında baş verən süründürməçiliklərlə, çoxsaylı qanunsuzluq əməlləri və s. ilə bağlı bir neçə-neçə şikayətlər daxil olmuşdur. Əməkdaşlarımız bu yöndə daxil olan şikayətlər əsasında məqalələr yayımlayıb, məhz hər kəsin baş verənlərlə bağlı məlumatlı olmasına da çalışmışdılar. Bir-iki gün bundan öncə isə, oxşar şikayətlərdən biri Tovuz rayonu, Düz Qırıqlı kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Elnur Şərif oğlu tərəfindən video-müraciət şəklində daxil olub. Adı çəkilən bu şəxs video-müraciətində qeyd edir: “Mən həm öz adımdan, həm də 12 nəfər sahibkarın vermiş olduqları razılıq əsasında onların adından danışıram. Bildirmək istəyirəm ki, bir neçə gün bundan öncə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları bizə bildirişlər göndəriblər. Onlar həmin bildirşlərdə 2014-cü ildə şəxsi vəsaitimiz hesabına aldığımız və indiyə kimi istifadəmizdə olan 12 ədəd trasformatorun texniki baxışdan keçirilməsini tələb edirlər. Onu da bildirim ki, 2014-cü ildə trasformatorlarla bağlı bütün  texniki şərtləri qaydaya saldıqdan sonra, biz onları şəbəkəyə təhvil verdik və az sonra açılışını həyata keçirdik. Yəni, bütün bu kimi işləri şəxsi vəsaitimizlə gördük və bunun üçün təqribən 23-24 min manat məbləğində xərcimiz çıxdı. Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları beş il tamam olmamış  bildirişlər göndəriblər, hətta bir dəfə trasformatordan xəttimizi də açmışdılar. Bizim  trasformatorlarımız təzədir, vaxtlı-vaxtında nəzarət edirik, ona görə də heç bir problemi yoxdur. Bundan əlavə, istifadə etdiyimiz elektrik enerjisinə görə ödənişləri də vaxtlı-vaxtında öəyirik və heç birimizin dövlətə borcumuz yoxdur.tovuz elek stan

 Son iki-üç gündür ki, Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları bizə zəng edib bildirirlər ki, “Texniki baxışla bağlı sizə göndərdiyimiz bildirişləri “ASAN xidmət”ə təqdim edin ki, gəlib trasformatorlarınızı texniki baxışdan keçirə bilək. Onlar trasformatorları texniki baxışdan keçirmək üçün bizdən elə qaydalar tələb edirlər ki, həmin qaydaları həyata keçirmək mümkün deyil. Yəni, Tovuz Elektrik Şəbəkəsi əməkdaşlarının bu yöndə tələbləri, hər birimizin əlavə xərclərə düşməyimizə səbəb olacaq. O halın varlığına diqqət yetirək ki, Tovuz Elektrik Şəbəkənin balansında olan və hal-hazırda kənd sakinlərinin istifadə etdikləri trasformatorlar bu gün elə bərbad haldadır ki, ilk növbədə onların texniki baxışdan keçirilməsinə ehtiyac duyulur. Belə ki, həmin trasformatorlar bərbad halda olmaqla bərabər, eyni zamanda insan həyatı üçün sanki bir təhlükə mənbəyidir. Nədənsə, bu gün Şəbəkənin rəhbərliyində olanlar belə bir halların varlığını görmək istəmirlər və onlar yalnız və yalnız bizə qarşı problemlər yaratmaqla məşğul olurlar. 

Onu da qeyd edim ki, şəxsən istifadəmdə olan trasformatorla bağlı bir neçə gündür ki, müəyyən problem əmələ gəlib. Belə bir səbəbdən də, 4 dekabrda “ASAN xidmət”ə müraciət etdim, bununla bağlı tələb olunan məbləğdə ödənişi həyata keçirdim, amma hələ də qarşı tərəfdən bir kimsə gəlib problemi qaydaya salmayıb. Əslində Tovuz Elektrik Şəbəkəsi biz sahibkarlara müəyyən mənada köməklik göstərməlidir ki, bu yöndə fəaliyyətimizi davam etdirə bilək. Onlar isə bizə sanki “quyu qazmaq”la məşğul olurlar”.

 

Biz də bir redaksiya olaraq onu qeyd etmək istəyirik ki, bu gün ölkəmizdə sahbkarlığın müxtəlif sahələri ilə məşğul olan neçə-neçə şəxslər var ki, onlar həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, həm də əhalinin gündəlk ən zəruri mallara olan ehtiyaclarının ödənilməsində yaxından iştrak edirlər. Bundan əlavə, onu da yada salaq ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt Fondun yaradılmasında başlıca məqsəd, məhz Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət idi. Yəni, bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə bərabər, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer aldı ki, həmin ödəmələrin həyata keçirilməsində sahibkarlar daha fəallıq nümayiş etdirdilər. O da hər kəsə bəllidir ki, cənab Prezident hər zaman, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşından öz diqqət və qayğısını əsirgəmir, sahibkarlara, özəl sektorun inkişafına lazım olan dəstəyini də göstərir. Bəli, həmin vxtlarda ölkə sahibkarları öz səylərini, təşəbbüslərini birləşdirdilər, məhz dövlətimizlə həmrəy olduqlarını da nümayiş etdirdilər. 

 

 

O halda sual oluna bilər ki, görəsən bugünkü gündə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Elnur Şərif oğluna və digər sahibkarlara qarşı belə bir ögey, bir növ düşmən münasibət bəsləmələrinin kökündə nələr durur? Bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlara qarşı həssaslıq nümayiş etdirir, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir, digər tərəfdə isə, yüzlərlə işçinin işlə təmin olunmasına, onların ailə üzvlərinin dolanmasına şərait yaradan sahibkarlar “gözümçıxdıya salınırlar”. Ona görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Məmmədov və digərləri üz-üzə qaldıqları belə bir problemin həllində aidiyyatı dövlət qurumlarından, ələlxüsus ölkə rəhbəri cənab İlham Əliyevdən onlara köməklik göstərmələrini xahiş edirlər.

 

Mövzunu diqqətdə saxlayacağıq.

Kamal MİRZƏ

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti