Beyləqanda Novruz Şirinovun “şirin əməlləri”- ŞOK FAKTLAR

27-12-2020, 13:30
67
Beyləqanda Novruz Şirinovun “şirin əməlləri”- ŞOK FAKTLAR

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin şəhər və rayonlardakı yerli  idarələrinin fəaliyyətləri, hər zaman tam əksəriyyətin diqqətini cəlb edib. Buna əsas səbəb, qeyd olunan bu sahənin olduqca strateji əhəmiyyət kəsb edən bir sahə olmasıdır. Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarda yaşayan sakinlərin içməli suya olan ehtiyaclarının ödənilməsi, ərazilərdə kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə imzaladığı sərəncamlardan irəli gələn tələblər əsasında, indiyə kimi lazımi nəticələri əldə etmək mümkün olub. Bu yöndə görülən işlər sırasında Beyləqan şəhərinin də içməli su təminatının ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması illər öncə həyata keçirilmişdir. Qeyd edək ki, bütün bunlar Azərbaycan hökuməti və “Asiya İnkişaf Bankı”nın birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” əsasında həyata keçirilən layihə çərçivəsində baş tutmuşdur. Bütün bunlara baxmayaraq, bu gün də Beyləqanda bir çox idarə, müəssisə, təşkiat və s. rəhbərləri var ki, onlar yarıtmaz fəaliyyətləri ilə görülən işlərə zərbə vurmaqda davam edirlər. Bu sırada 5 saylı Regional Sukanal İdarəsinin nəzdində fəaliyyət göstərən Beyləqan Sukanal İdarəsinin rəisi Novruz Şirinovun adı daha öncüllər sırasında hallanır. Bu yöndə redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, “Novruz Şirinov vəzifəsinin icaasına başladığı günün ilk anlarından daşıdığı vəzifəsindən “ikiəlli yapışdı” və illər keçdikcə, sanki rəhbərlik etdiyi sahəni şəxsi mülkiyyətinə çevirdi. Bu gün o, özünü Beyləqan Sukanal İdarəsinin “ağayi-sultanı” hesab edir və ağlına nə gəlirsə həmin addımını da atır.
    Bundan əlavə, çatdırılan məlumatlarda o da vurğulanır ki, büdcədən adı çəkilən bu qurumun hesabına köçürülən vəsaitlərlə hansısa lahiyələri həyata keçirmək, lazımi avadanlıqları almaq, bəzi problemləri həll etmək və s. nəzərdə tutulsa da, çox zaman həmin işlərin heç biri həyata keçirilmir. Məsələn, elə hallar olur ki, rəsmi sənədlərdə yeni avadanlıqların alınması rəsmləşdirilsə də, əslində köhnə avadanlıqlardan təkrar istifadə olunur, yaxud da onların təmiri həyata keçirilib istifadəyə yararlığı qeyd olunur. Bu yöndə atılan addımlar isə, bəzi hallarda xoşagəlməz faciələrin baş verməsi ilə nəticələnir. Müəyyən iddialara görə, Novruz Şirinov Beyləqan Sukanal İdarəsinə rəhbərlik etdiyi ilk vaxtlardan, adı çəkilən bu qurumda belə bir əməllərə imza atılması, sanki adi hala çevrilib. Bütün bunlar idarə rəisinin imkanlı bir şəxsə çevrilməsinə səbəb olub ki, bu gün o, Beyləqanın “ən xod gedən” vəzifə sahiblərindən biri hesab olunur. Bugünlərdə redaksiyamıza orta yaş həddinə çatmış Novruz Şirinovla bağlı yeni sensasion faktlar daxil olub ki, bu da onun hansı əməl sahibi olduğunu aşkara çıxarmağa imkan verir. Belə ki, daxil olan məlumatlarda bildirilir ki, idarə rəisi vəzifəsini daşıyan bu şəxs, hüzuruna üz tutan xanım jurnalistlərə (Hələlik etika naminə ad hallandırmırıq) “sıcaq münasibət” sərgiləməyi də unutmur. Yəni, xanım jurnalistlər Novruz Şirinovun iş fəaliyyəti ilə bağlı müəyyən məlumatları əldə etmək məqsədilə Beyləqan Sukanal İdarəsinə üz tutarkən o, onları diqqətlə nəzərdən keçirir, az sonra isə istəyini ifadə edir. Məsələnin düşündürücü tərəfi odur ki, Beyləqan Sukanal İdarəsinin rəisi Novruz Şirinovun bu cür “şirin əməlləri” haqda, 5 saylı Regional Sukanal İdarəsinin rəisi Zahid Sadıqov məlumatlandırılsa da, hələ də ona bir kimsə “qaşınüstə qara var” deməyib. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.
 Bu yöndə araşdırmamızı davam etdirəcəyik.
Teymur Kəngərli

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti