"Qoy ermənilər bunu müqayisə etsinlər və revanş haqqında xülyalarına son qoysunlar..."

13-02-2021, 11:24
14
"Qoy ermənilər bunu müqayisə etsinlər və revanş haqqında xülyalarına son qoysunlar..."

Dünən YAŞAT Fondunun iclası keçirilib. İlk dəfə masa ətrafına toplanmışdıq. Fondun  Türkiyə və Danimarkadan olan üzvləri iclasa ZOOM vasitəsilə qatıldılar. Bugünkü günə qədər 2787 şəhid ailəsi qeydiyyata alınıb. Yaralananların sayı 11957 nəfərdir. Fondun üzvləri hamıya yardım etməyə çalışırlar. Bütün şəhid ailələrində onların özlərinin, həyat yoldaşlarının və valideynlərinin adlarına olan bank kreditləri bütünlüklə silinib. Üç nəfər ağır yaralı – Valeh İsayev, Məhərrəm Həmidov, Elşad Rəsulov müalicə almaq üçün Türkiyəyə göndərilib. Ümumiyyətlə, Fond tərəfindən 23 nəfər yaralıya yardım olunacaq. Xüsusilə qeyd etmək istərdim ki, Fond ancaq  şəxsi ianələr hesabına fəaliyyət göstərir, dövlət vəsaitindən istifadə eləmir. Bu çox böyük və alicənab işdir. Bütün ASAN xidmətin əməkdaşlarına fondun fəaliyyətinə kömək etdikləri üçün təşəkkür edirəm. Bilirəm ki, mənim statuslarımı qonşu ölkələrdə və Dağlıq Qarabağda oxuyurlar. Qoy ermənilər bizim şəhid ailələrinə, yaralılara olan münasibətimiz ilə öz şəhidlərinə, yaralı əsgərlərinə olan münasibətlərini müqayisə etsinlər. Başa düşürəm ki, onların maddı imkanları çox aşağıdır. Bəlkə sadəcə revanş haqqında xülyalarına son qoysunlar ki, bundan sonra bizim övladlarımız həlak olmasınlar.

 

Çingiz Abdullayev, xalq yazıçısı, YAŞAT Fondunun üzvü

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti