"Uduzmağı da bacarmaq lazımdır" - Qurban Qurbanov

20-05-2021, 15:22
10
"Uduzmağı da bacarmaq lazımdır" - Qurban Qurbanov
"Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur".
 
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
 
49 yaşlı mütəxəssis çempionluq münasibətilə flaqman azarkeşlərini və rəqib həmkarını təbrik edib:
 
"Hər zaman yerli məşqçilərin uğuruna sevinirəm. Sonadək mübarizə apardıq. Futbolçularımı da təbrik etdim. Mövsüm bizim üçün çox ağır keçdi. Biz komandaya qarşı mübarizə apardıq. Baş məşqçilər arasında hər şey normaldır. Siz necə qəbul edirsiniz, edin".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti