Dünyanın 10 ən varlı ərəb biznesmeni - Siyahı

9-04-2021, 12:05
18
Dünyanın 10 ən varlı ərəb biznesmeni - Siyahı
Dünyanın 10 ən varlı ərəb biznesmeni - Siyahı
“Forbes” jurnalı 2021-ci ildə dünyanın 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb.
 
Siyahıya “Adidas” idman geyimləri və avadanlıqları istehsal edən şirkətin səhmlərinin payçısı, habelə ABŞ-ın Texas və Ayova ştatlarında fabriklərə sahib olan misirli biznesmen Nassif Saviris başçılıq edir. Onun 8,3 milyard dollar sərvəti var. Nassifin qardaşı Macuib Saviris 3,2 milyard dollar sərvətlə 4-cü yeri tutur.
 
İkinci ən varlı ərəb biznesmeni əlcəzairli İssad Rebrab (4,8 milyard dollar), üçüncü isə Birləşmiş Ərəb Əmirliklərinin iş adamı Məcid əl-Futtaimdir (3,6 milyard dollar). Siyahıda Qətər, Oman və Livan mənşəli biznesmenlər də yer alıb.
 
Qlobal miqyasda isə “Forbes” Ceff Bezosu dördüncü dəfə ard-arda dünyanın ən varlı adamı elan edib. Onun sərvəti 177 milyard dollara çatıb. Dünyanın ikinci ən varlı biznesmeni isə 151 milyard dollar sərvəti ilə İlon Mask olub.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti