Rusiya Türkiyəyə görə 7 milyard itirəcək

30-04-2021, 11:40
31
Rusiya Türkiyəyə görə 7 milyard itirəcək
Rusiyanın aviasiya bazarı Türkiyəyə uçuşların məhdudlaşdırılmasından 6-7 milyard rubl (9 milyon 429 min dollar) vəsait itirəcək.
 
Bu fikri Rusiyanın “Vnukovo” hava limanının sahiblərindən biri Vitali Vantsev jurnalistlərə bildirib.
 
O qeyd edib ki, aviasiya bazarı ay yarım ərzində 6-7 milyard rubl vəsait itirəcək. May ayı kurort mövsümünün qızğın çağı olmadığından, ən böyük itkilərin isə iyun-iyul aylarına təsadüf edəcəyi gözlənilir.
 
Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar aprelin 15-dən iyunun 1-dək Türkiyəyə aviauçuşları məhdudlaşdırıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti