"Rusiya və  daxildəki oliqarxlar Ukraynanın hədəflərinə çatmasına imkan vermir"

7-05-2021, 11:30
16
"Rusiya və  daxildəki oliqarxlar Ukraynanın hədəflərinə çatmasına imkan vermir"
Ukraynaya Rusiya və  daxildəki oliqarxlar mane olur. 
 
Bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə Prezident Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
 
Blinken deyib ki, xarici və daxili qüvvələr Ukraynaya öz hədəflərinə çatmasına imkan vermir. 
Onun sözlərinə görə, G7 ölkələri Ukraynanın suverenliyini və müstəqilliyini dəstəkləyir.
 
Dövlət katibi ABŞ-ın Kiyevi dəstəklədiyini və Rusiyadan Ukraynaya qarşı təcavüzü dayandırmasını xahiş etdiyini bildirib:
"Ukraynaya münasibətdə Rusiyadan müşahidə olunan təhdidlərdən danışdıq. Bu hadisələri çox diqqətlə izləyirik. Krımın ələ keçirilməsindən və Donbasdakı müharibədən başlayaraq Rusiyanın nə etdiyini görürük. Ukrayna sərhəddində 2014-cü ildən bəri ən böyük Rusiya qüvvələrinin cəmləşdiyini müşahidə edirik. Biz də, tərəfdaşlarımız və müttəfiqlərimiz də Ukraynanı dəstəkləyirik”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti