Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran paylayıb - FOTO

8-05-2021, 15:43
11
Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran paylayıb - FOTO
Gürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan MN məlumat yayıb.
 
Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.
 
Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasında hərbçilərə paylanılıb.
 
Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti