ABŞ Hərbi Hava Qüvvələri 2022-2023-cü illərdə ilk hipersəs silahları əldə edəcək...

7-06-2021, 06:32
6
ABŞ Hərbi Hava Qüvvələri 2022-2023-cü illərdə ilk hipersəs silahları əldə edəcək...
ABŞ Hərbi Hava Qüvvələri 2022-2023-cü illərdə arsenalında ilk hipersəs silahları alacağını gözləyir. Bunlar, ARRW proqramı çərçivəsində istehsal ediləcək hava tipli hipersəsli sürətli raketlər olacaq. Bunu TASS agentliyi ABŞ Hərbi Hava Qüvvələrinin Lojistik Komandanlığının başçısı general Arnold Bança istinadən yazırb.
 
"ARRW, investisiya qoymağa davam etdiyimiz bir proqramdır. Hələ də 2022-ci ildə və ya 2023-cü ilin əvvəlində ilk əməliyyat hazırlığına çatmış ilk (hipersəs) silahları almağı gözləyirik",- deyə amerikalı hərbi rəhbərbildirib. 
 
"Satınalma, eləcə də tədqiqat, inkişaf  və sınaq baxımından bu proqrama əlavə vəsait yatırırıq. Həqiqətən bu ilk nümunələrin ən qısa müddətdə əməliyyat hazırlığına çatması üçün səy göstəririk. Proqram isə inkişafına davam edir",- deyə general 4 iyun tarixində jurnalistlərlə onlayn görüşündə vurğulayıb. 
 
ABŞ Hərbi Hava Qüvvələri əvvəllər ARRW (hava tipli hipersəs raket) və HCSW (hipersəs qeyri-nüvə silahı) proqramları çərçivəsində iki növ hipersəs silah hazırlamağa başlamışdı, lakin 2020-ci ilin fevralında proqramdan imtina etmişdi.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti