Şəmkirdə parkın içində tikilən yaşayış binasının FOTOLARI

30-04-2021, 11:17
20
Şəmkirdə parkın içində tikilən yaşayış binasının FOTOLARI

Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddələri ilə ittiham olunan Alimpaşa Məmmədovun kimdən və hansı məqsədlə rüşvət alması, kimlərlə əlbir olması məlum olub.

Alimpaşa Məmmədovun həbsinə səbəb rayondakı korrupsiya halları, aparılan qanunsuz tikililər, habelə şəhərin baş planına uyğun gəlməyən, tikinti normativlərini ciddi şəkildə pozan çoxmərtəbəli binalara verilən qanunsuz icazələrdir.

Qanunsuz tikililər isə “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb.

Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Bildirildiyinə görə, binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil (Veyis) Xəlilov nə az, nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Xəlilov bunu etiraf edib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti