Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin anım mərasimi keçirilir - FOTO

4-06-2021, 17:43
13
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin anım mərasimi keçirilir - FOTO

Bu gün Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Azərbaycan Televiziyasında anım mərasimi keçirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Publika.az anım mərasimindən fotoları təqdim edir:

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti