Bank  "Şərurlu İsfəndiyar"ı MƏHKƏMƏYƏ VERDİ

9-06-2021, 18:06
7
Bank  "Şərurlu İsfəndiyar"ı MƏHKƏMƏYƏ VERDİ
"Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov məhkəməyə verilib.
 
"Azərbaycan Beynəlxalq Bankı ASC" kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
 
"Şərurlu İsfəndiyar"la birlikdə Səmədova Nigar İslam qızı və "Stil Tikinti" MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.
 
İşə hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 7 iyun saat 11:50-də keçirilib. Baxış iclası isə 26 iyun saat 12:00-a təyin edilib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti