Sağlamlığın 27 düşməni varmış... - Ərşad Əzimzadədən maraqlı SİYAHI

26-02-2021, 09:48
39
Sağlamlığın 27 düşməni varmış... - Ərşad Əzimzadədən maraqlı SİYAHI

"Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə sağlamlığın ən güclü düşmənlərinin siyahısını açıqlayıb.

 1. Ölü qidalar: bişmiş xörəklər, çörək və digər un məmulatları, mürəbbələr, şorabalar, qurudulmuş və hisə qoyulmuş ətlər və balıqlar, yağlar, qaymaqlar, pendir, kəsmik, qatıq, süzmə, şor, şəkər, şirniyat, çay, kofe, kako, qablaşdırılmış sular və şirələr.

2. Uzlaşmayan qidaların qarışdırılması

3. Normadan artıq və ya əskik yemək, mədaxil-məxaric (daxil olan qida və çıxan enerji) balansının pozulması.

4. Spirtli içkilər.

5. Siqaret çəkmək.

6. Narkotik maddə qəbul etmək.

7. Dini xurafat, ateizm və nigilizm.

8. Kimyəvi preparatlar.

9. İdman yarışları və digər yarışlar, müsabiqələr, müsabiqələr

10. Hərəkətsizlik.

11. Zehni işlə fiziki işin balansının pozulması.

12. Tədris proqramının lüzumsuz fənnlərlə yüklənməsi.

13. İş saatının uzun olması.

14. Qızmar günəş altında işləmək.

15. Yemək hərisi olmaq.

16. İçki hərisi olmaq.

17. Pul, var-dövlət hərisi olmaq.

18. Vəzifə hərisi olmaq, şöhrətpərəstlik.

19. Kolleksiya yığmaq, əşyabazlıq.

20. Modabazlıq,

21. Mütilik, bədxahlıq, paxıllıq, yaltaqlıq, düşmənçilik, qısqanclıq, xəbərçilik, simiclik, bədxərclik, lovğalıq, qaraqabaq olmaq.

22. Əyyaşlıq və şorgözlük, fahişəlik

23. Gec yatıb, gec durmaq.

24. Təbiətlə təmasda az olmaq, günəş işığından çəkinmək.

25. Gec evlənmək və gec ərə getmək.

26. Keysəriyyə əməliyyatının köməyi ilə doğuş

27. Selikon və cərrah bıçağının köməyi ilə "gözəlləşmək", boyalardan və şampundan istifadə etmək. (medicina.az)

скачать dle 10.6фильмы бесплатно
Başqa yazarlar