"Belə insanların heç bir gizli işi olmur, onlar heç nəyi sirr saxlaya bilmirlər” - MARAQLI

3-05-2021, 04:32
19
"Belə insanların heç bir gizli işi olmur, onlar heç nəyi sirr saxlaya bilmirlər” - MARAQLI
Xəttə və imzaya görə insanın xasiyyətini müəyyən etmək mümkündür. Bu elm sahəsi qrafalogiya adlanır. Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda, xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir, biliklərə və xüsusi eksperimentlərə əsaslanır.
 
Bu istiqamət üzrə araşdırmalar aparan Lalə Əhmədova Moderator.az-a bildirib ki, hətta bir çox xəstəlikləri qrafologiya elmi sayəsində aşkara çıxarmaq olur.
“Araşdırmalarımız nəticəsində biz bəzi insanların psixoloji vəziyyətlərinin heç də yaxşı olmadığının şahidi olmuşuq. Belə ki, bir müəllimin məktəblinin gündəliyinə atdığı imzadan onun durumunun heç də yaxşı olmadığını görüb, xəbərdarlıq etmişdik. Bir ay sonra həmin müəllim dünyasını dəyişmişdi. Həqiqətən də psixoloji, psixi durumu yaxşı olmayan insanlar qələmdən daha sərt istifadə edirlər. Çünki bu mərkəzi sinir sisteminin nasazlığı ilə əlaqədar olan bir şeydir. Nəticə etibarı ilə bir çox hallarda bir sıra xəstəlikləri üzə çıxara bilirik. Burada məsuliyyət bəzi hallarda valideynlərin də üzərinə düşür.Valideyn uşağın son zamanlar vərəqi qaraladığını, qələmdən çox sərt şəkildə istifadə etdiyini görərkən belə müəyyən psixoloji məsləhətlər üçün mütləq uşaq psixoloquna müraciət etməlidirlər” deyə müsahibimiz bildirib.
 
Lalə Əhmədova bildirib ki, imza, bir növ, insanlara olan  münasibətin bariz nümunəsidir. Çünki insanlar imzaları vasitəsilə xarakterlərini, hansı xüsusiyyətlərə malik olduqlarını göstərirlər.
“İmza atarkən baş hərfin böyük olması, dalğaların miqyası, imzanın vərəqin yuxarısında, yaxud aşağısında aparılması, həmin şəxs haqqında səliqəlimi, dağınıqmı, dissiplinlimi, yoxsa hər şeyi həfifə alan bir insan olduğunu və yaxud əsəbimi gərginmi, yaxud sakit bir insan olduğunu göstərir. Özünə qiymətlənməsi yüksək olan insanlar imza atarkən daha diqqətli olmağa çalışırlar. Öz adlarını daha böyük hərflə, daha yuxarıya doğru çəkilmiş formada yazan insanlar özünü qiymətləndirməyə üstünlük verirlər. Daha mükəmməlçi olan insanlar daha düzənli imza atmağa çalışırlar, tələskən insanlar tez tələsik bir şeylər qeyd edib çıxmağa çalışırlar. Biz solaxayları araşdırdıqca daha maraqlı imzalara rast gəlirik, daha mücərrəd imzalara. İmzada hərflərin ölçüsü də vacibdir. Böyük hərflərlə yazanlar asanlıqla mühitə adaptasiya olur, kollektivlə tez dil tapır və lider olmağa çalışırlar. Orta ölçülü hərflərlə yazanlar isə daha çoxdur. Belə insanların heç bir gizli işi olmur. Onlar heç nəyi sirr saxlaya bilmirlər” deyə Lalə Əhmədova bildirib.
скачать dle 10.6фильмы бесплатно
Başqa yazarlar