"Biz müğənni deyilik ayda 2-3 mahnı yazdıraq..."

22-02-2021, 08:44
35
"Biz müğənni deyilik ayda 2-3 mahnı yazdıraq..."
Xalq artisti Səidə Quliyeva Moderator.az-ın suallarını cavablandırıb.
 
 
 
- Səidə xanım, öncə sizi salamlayıram. Necəsiz?
 
- Çox təşəkkür edirəm. Necə olacam, hamı kimi!
 
 
 
- Uzun müddətdir nə televiziya verilişlərində, nə də yazılı mətbuatda sizi görmürük. Buna xüsusi səbəb varmı?
 
- Sözün düzü hər verilişə getmirəm, hamıya müsahibə vermirəm. Güvəndiyim, inandığım insanlara danışıram. İndi həm də daha çox pandemiyaya görə verilişlərə getmirəm. Mənim şəkər xəstəliyim var, çox qorxuram!
 
 
- Pandemiya günlərini necə keçirirsiniz?
 
- Necə keçirəcəyik? Darıxırıq, darıxırıq! Ürəyimiz sıxılır teatr üçün, iş üçün! Mənə sözün düzü bir layihədən təklif gəldi, amma koronovirusa görə mən təklifi qəbul etmədim. Çünki risk qrupuna daxiləm, imtina etdim. Çox peşiman oldum. Sağ-salamatam, amma ehtiyyatımı tuturam. Amma bu məni çox sıxır.
 
 
 
- İndi yəqin ki, evdə oturub istirahət edərkən həm də planlar qurursunuz.
 
- Xeyr, bu mənim istirahətim deyil, mənim istirahətim işdədir. Mən 43 ildir ki, teatrda çalışıram. Hal-hazırda ancaq Dövlət  radiosunda “Bulaq” verilişinin aparıcısıyam. Başqa fəaliyyətim yoxdur! Yaxşı ki, bu veriliş var. Özümə qulaq asanda hiss edirəm ki, mən lazımam və sənətdə var olmalıyam! Biz müğənni deyilik ayda 2-3 mahnı yazdıraq. İndi də deyirlər ki, vaksin olunmalıyıq.
 
 
 
- Vaksin olunacaqsız?
 
- Sözün düzü hələ ki, düşünürəm. Çünki mənim həm təzyiqim var, həm də şəkərim. Mən indi sizə qəti cavab deyə bilmirəm. Bu bəla tezliklə bütün dünyadan getsin. İnsanlar yenidən bir-birinin evinə axın etsinlər. Gediş-gəliş yoxe, axın etsinlər (gülür). Toylar olsun! Əvvəl toyların olması maddi tərəfdən bizi sıxırdı, amma indi deyirəm ki, toylar bol olsun! İnsanların sevincini görək, rəqs edək! Həmkarlarımla da danışıram, hamı mənim bu fikrimdədir ki, tezliklə qaynayaq-qarışaq. Bilirsiz, mən insanlarla ünsiyyəti çox sevirəm,  mənim kimi insanlar üçün indiki yaşam tərzi çox çətindir.
 
 
 
- Heç evdə rollarınızdan yadınıza salıb, oynadıqlarınız olurmu?
 
- Aydın məsələdir ki, beynimdə, ürəyimdə rollar oynayıram. İç dünyamda, ikinci dünyamda. İstəyirəm ki, bütün bu rollarım reallığa çevrilsin. 
 
 
 
- Yeni Mədəniyyət Nazirimiz təyin olundu. İstəkləriniz, arzularınız nədən ibarətdir?
 
- Pandemiyaya görə hələ imkan olmayıb ki, o bizimlə görüşsün. Mən də sizin bildiyiniz informasiyanı bilirəm, o insanı şəxsən tanımıram. Ümidvaram ki, pandemiyadan sonra bizimlə görüşlər keçirəcək. Aydın məsələdir ki, onun planlarını, proqramlarını biləcəyik. İstərdim ki, qələbəmizi, obrazlarımızı teatrlarımızdakı əsərlərlə canlandıraq. Hər bir insanın vətən qarşısında borcu olmalıdır, bu da bizim borcumuzdur. O qanlı qadalı günlərdə anaların çəkdiyi iztirabları biz səhnələşdirməliyik. Mən ana olduğum üçün ikiqat əziyyət çəkirdim, çünki onların hər biri bizim balalarımız idi. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgərlərimizə ömür versin!
 
 
 
 
- Səhv etmirəmsə övladınız da bu sənətdədir. Ona dəstək olursunuzmu?
 
- Oğlum operator ixtisası üzrə təhsil alıb. Oğlumu heç vaxt dəstəkləməmişəm, özü seçib ixtisası, təhsil alıb. Mənim dəstəyimə ehtiyacı olmayıb.
 
 
 
 
- Siz həqiqətən də çox mehriban bir insansınız. Biz inanmırıq ki, siz kiminləsə danışmayasız, küsülü qalasız.
 
- Bəli, mənim hamıyla münasibətim çox yaxşıdır, heç kimdən incik düşməmişəm. Sadəcə olaraq kobud danışana yerini bildirmişəm.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti