“Bu şişirdilmiş rəqəmlə biz vətəndaşları aldadırlar...”-“Azərişıq” ASC-nin 4300 borc yazdığı vətəndaş fəryad edir...

28-04-2021, 07:46
8
“Bu şişirdilmiş rəqəmlə biz vətəndaşları aldadırlar...”-“Azərişıq” ASC-nin 4300 borc yazdığı vətəndaş fəryad edir...
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynova redaksiyamıza 
Abşeron rayon rayonu Hökməli qəsəbə A.Əhmədov küçəsi ev 9 ünvanında yaşayan Abasova Amalya Tarverdi qızının “Azərişıq” ASC-dən olan şikayətini göndərib. E.Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, son vaxtlar vətəndaşların işıq sayğaclarının artıq pul yazmasıyla bağlı şikayətlərinin sayı artıb:
 
“Regionların hər yerindən sayğacların artıq pul yazmasıyla bağlı “Azərişıq” ASC-dən bizim quruma şikayətlər daxil olur. Ötən il bununla bağlı “Azərişıq” görüş keçirdi. Rəhbərliklə söhbətimiz zamanı məlum oldu ki, mərkəzdən istənilən sayğaca nəzarət olunur. Mən ictimai təşkilatın sədri kimi məsələ qaldırdım ki, onda belə məlum olur ki, proqram vasitəsilə istənilən adamın sayğacına girib orda dəyişiklik aparmaq olar. Lakin bunu “Azərişıq” rəhbərliyi tə təkzib, nə də etiraf etdi. Düşünürəm ki, problem bu gün də yaşanır. Yəni “Azərişıq”ın proqram təminatına mütləq audit olmalıdır ki, müdaxilə edilib-edilməməsini aydınlaşdıraq”. 
Şikayətçinin ərizəsini təqdim edirik:
 
“Yazıb sizə bildirirəm ki, mən Abşeron rayon Hökməli qəsəbəsində 2006-cı ildən həyət evində yaşayıram.Yaşadığım müddətdə elektrik sayğacına heç bir müdaxilə etməmişəm, sayğacın göstəricisinə uyğun olaraq vaxtlı-vaxtında ödənişlər etmişəm. Evimin elektrik naqilləri tavanın altı ilə keçdiyinə görə biz elektrik sayğacından kənar olmayan kondisoner razetkası üçün evin çölü ilə bir xətt çəkmişik. Bu xətti çəkdiyimizə görə “Azərişıq”ın əməkdaşı 2015-ci ildə bunu kənar müdaxilə kimi qeydə alıb. Amma diqqətli baxsalar görərlər ki, bu xətt sayğacdan kənar çəkilməyib, evə daxil olan ana kabeldən çəkilib, amma baxan adam qətiyyən buna əhəmiyyət vermədi, sanki bəhanə axtarırdı.
 
2015-ildən sonara bir neçə ay, təxminən 3 ay ərzində mənim sayğacım işləməyib. Mən “Azərişıq”ın əməkdaşı olan Əli adlı şəxsə müraciət etdim. O da qısa bir zamanda sayğacımın dəyişdirilməsində mənə köməklik etdi və sayğac dəyişdirildi. Sonra mənə gələn bildirişdən üzərimə yazılan külli-miqdarda borcu gördüm-4306 AZN. Mən bu rəqəmi hesab.az-dan öyrəndim və “Azərişıq” ASC-ə da zəng etdim və təsdiq etdilər. Səbəbini soruşduqda Əli adlı şəxs mənə bildirdi ki, yerli Hökməli qəsəbə sakinləri işiq borcu ödəmədikləri üçün biz işiq borcunu gəlmə sakinlərin üzərinə yazmağa məcburuq! 
 
Bu hadisədən bir müddət əvvəl “Azərişıq” ASC-nin regional mərkəzinin əməkdaşı mənə müraciət edərək bildirdi ki, ay xanım, sizdən xahiş edirəm ki, qonşular arasından maarifləndirmə aparın ki, onlar da sizin kimi işiq borcunu vaxtı-vaxtında ödəsinlər, bu təxminən 2012-ci il idi və borcum yox idi. Mən nümunəvi abonent hesab olunurdum. Daha sonra üzərimə haqsızcasına yazılan şişirdilmiş işıq borcunu gördüm. Mən səbəbini soruşduqda kənar müdaxilə görə yazılıb borc dedilər, bu mənə tam böhtan idi. Mən nəyə görə başqalarının borcunu ödəməliyəm?! Əgər mən sayğaca kənar müdaxilə etmişəmsə, 2015- ildən bəri nəyə görə məni sorğu-sual eləyən olmayıb? “Azərişıq”ın əməkdaşları onlarla gəlmə sakinlərin başına bu oyunu gətiriblər. Mənim hazırda işləyən sayğacımla hesablama aparsaq, ümumilikdə borcum ən çoxu 1500AZN olar, bunu ödəməyə hazıram.”Azərişıq “mənə böhtan atıb artıq pul almaq istəyir.
 
Neçə ildir mənim problemimi həll etmədiklərinə görə, artıq yazılmış məbləği silmədiklərinə görə mən də borcu ödəmirəm. Sizdən xahiş edirəm ki, mənim əsl işiq borcumun hesablanmasında üzərimə yazılan şişirdilmiş işıq borcunun silinməsində eyni zamanda, işıq sayğacının smartkart sisteminə keçirilməsində mənə köməklik edəsiniz.”Azərişıq”ın bu qanunsuz əməlləri barədə dövlət orqanlarına və mətbuata məlumat verəsiniz ki, əhali ehtiyatlı olsun! Sayğac dəyişdirilsin, Çünki smartkartda belə özbaşınalıq edə bilmirlər. Hal- hazırda mənə yazılan şişirdilmiş borc 4302 manatdır. Abunə kodum 900231000601646”.
 
Hazırladı: Vasif Əlihüseyn
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti