Sabirabadda 8 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

28-04-2021, 07:46
11
Sabirabadda 8 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
 
Moderator.az - ın “Azəriqaz"a istinadən verdiyi məlumata görə, Sabirabad rayonunun Muğan prospektində istismar müddəti başa çatmış diametri 159 mm olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilir. Muğan prospekti və Bulaqlı kəndini əhatə edəcək yerüstü qaz xətti hazır olduqdan sonra 698 abonentin və qeyri-istehlakçıların qaz təchizatı xeyli yaxşılaşacaq. 1 400 metr uzunluğunda çəkilən yeni qaz xətti payız-qış mövsümündə təbii qazın normal rejimdə verilməsinə imkan yaradacaq.
 
Sabirabad rayonu, Kürətrafı ərazidə yaşayan 1 700 abonentin də qaz təchizatı xeyli yaxşılaşdırılıb. Rayonun Şərifzadə küçəsindən E.Qəmbərov küçəsinə 628 metr uzunluğunda müxtəlif diametrli əlaqələndirici xətt çəkilib. Bundan əlavə, Suqovuşan kəndində yerləşən qaz paylayıcı stansiyadan 1991-ci ildə çəkilmiş qaz xəttinin əvəzlənməsi işləri də həyata keçirilir. Diametri 219 mm olan şəhərin dairəvi orta təzyiqli qaz xəttinin korroziyaya uğramış 450 metr hissəsinin yenilənməsi artıq yekunlaşıb. Sabirabadda 2 300 metrlik istismar müddəti başa çatmış digər qaz xətti də təmir olunur. Belə ki, mövcud borunun 1 700 metri polietilen, 600 metri isə polad boru ilə əvəzlənərək yenilənir. Yeni xətt tam hazır olduqdan sonra 6 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
 
Qeyd edək ki, görülən işlər “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilir.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti