"Bizdə çevik jurnalistika olsaydı, Operativ Qərargahdakılardan soruşardılar ki..."

3-05-2021, 04:35
19
"Bizdə çevik jurnalistika olsaydı, Operativ Qərargahdakılardan soruşardılar ki..."
Millət vəkili Fazil Mustafa anormal qərarları ilə cəmiyyətdə məsxərə predmetinə çevrilən Operativ Qərargaha atmaca atmaqla bərabər bu dəfə jurnalistikaya da sataşmağı unutmayıb:
 
"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata  insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir.  Bizdə çevik jurnalistika da yoxa çıxmış kimidir. Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər".
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti