Sabirabad SSİ-də hər cür maxinasiyalara qol qoymaq adi hala çevrilib

3-05-2021, 08:52
67
Sabirabad SSİ-də hər cür maxinasiyalara qol qoymaq adi hala çevrilib

    Son vaxtlar Sabirabad Rayon Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Əhməd oğlu Heydərovun qol qoyduğu əməllərin varlığı ölkə gündəmini zəbt etdikcə, baş verənləri eşidən hər kəs şoka deyil, sanki “şökə düşməli” olur. Belə ki, redaksiyamıza daxil olan məlumatlara görə, Şafiq Heydərov bir neçə il bundan öncə bugünkü vəzifəsinə sahiblənə bilir. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, əvvəllər Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi mərhum Əflan müəllim olur və o, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini Zakir Quliyevin bacısının həyat yoldaşı idi. Elə ki, Əflan müəllim dünyasını dəyişir, həmin vaxt Şafiq Heydərovu Zakir Quliyev yanına çağırır və “Əgər idarə rəisi işləmək istəyirsənsə, Əflanın oğlu ilə şərik işləməlisən” deyə ona şərtini bildirir. Qeyd olunan şərtlərə razılığını verən Şafiq Heydərov, bu idarədə rəis vəzifəsinə sahiblənə bilir və çox keçmir ki, o, qohum-əqrəbaların rəhbərlik etdiyi idarədə işə düzəldir. Amma onun qohumları heç bir halda işə çıxmırlar. Yəni, onlar işə gəlmədən evdə oturmaqla büdcə pullarını mənimsəməkdə davam edirlər. Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri idarəsində rəisi illər keçdikcə büdcəni elə bir formada “tarmar edir” ki, çox keçmir ki, o, Sabirabadın ən imkanlı məmurlarından birinə çevrilir. İddialara görə, Şafiq Heydərov Sabirabadda sahib olduğu var-dövlətdən əlavə, Bakı şəhərində özünə qiyməti yüz minlərlə dəyərləndirilən daşınmaz əmlaklar da alır.
  Bir sözlə, Şafiq Heydərovun qol qoyduğu əməllər heç bir “sərhəd-filan” tanımır. Hətta, o, vaxtilə “sıcaq münasibət”də olduğu xanımın atasını Suvarma Sistemləri idarəsində işə düzəltsə də, bu şəxs də işə çıxmır. Həmin şəxsin idarədə texniki şöbənin müdiri vəzifəsini daşıdığı bildirilir. Dölaşan söz-söhbətlərə görə, Şafiq Heydərovun  “fironluq etməsi”nin kökündə onun PA-da vəzifə sahibi olan qohumunun ona “arxa-dayaq” durması olur.                                                              
    Bu yöndə araşdırmamız davam edəcək. Bizi izləyin.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti