“Azəriqaz” bayram günlərində necə işləyəcək? - RƏSMİ

8-05-2021, 14:00
11
“Azəriqaz” bayram günlərində necə işləyəcək? - RƏSMİ
“Azəriqaz” bayram günlərində necə işləyəcək? - RƏSMİ
“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
 
Bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
 
O bildirib ki, İB bayram günlərində digər günlərlə müqayisədə daha operativ xidmət təklif etməyə çalışacaq:
 
“Belə ki, hər sahə üzrə müvafiq növbətçiliyin yaradılması və növbətçilikdə əlavə briqadaların saxlanılması nəzərdə tutulur. Məqsəd qeyri-iş günlərində vətəndaşlara lazım olan xidmətlərin göstərilməsi və problemlərin digər günlərlə müqayisədə daha operativ həll edilməsinə nail olmaqdır”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti