Naxçıvanda bitən bu bitki həyatınızı xilas edə bilər

26-04-2021, 11:02
11
Naxçıvanda bitən bu bitki həyatınızı xilas edə bilər
Yaz aylarında təbiətin qoynunda, dağlarda bitən elə bitkilər var ki, onlar min bir dərdin dərmanıdır. Xalq təbabətində min illərdir ki, ayrı-ayrı “türkəçarə”lər tərəfindən sınaqdan çıxarılan belə bitkilərin sırasında uşqun da var.
 
El arasında “uşqun” və ya “qabalaq” adlandırılan bitkinin elmi adı qarağat rəvəndidir (Rheum ribes L.).
 
Uşqun daha çox Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarının dağlıq ərazilərində bitir.
 
Hələ beş min il bundan əvvəl Çin tarixi mənbələrində bu bitkinin kökündən müalicə məqsədləri üçün istifadə olunması haqqında məlumatlara rast gəlinib. Uşqun qədim zamanlardan Ərəbistan və İranda da qida və dərman bitkisi kimi istifadə edilib.
 
Onun yoğun çiçək saplaqlarının qabığı soyularaq çiy halda yeyilir. Cavan zoğları yaz aylarında yığılaraq satışa çıxarılır.
 
Tədqiqatlar nəticəsində müəyyən olunub ki, bitki böyrək, ginekoloji, limfangit və frunkulyoz xəstəliklərində istifadə oluna bilər. Güclü sakitləşdirici, iltihabsorucu, antiseptik, ödqovucu və möhkəmləndirici təsirə malikdir. Orqanizmdə maddələr mübadiləsini artırır. Kök hissəsində antra və tannoqlükozid maddələri olduğuna görə ondan cövhər, dəmləmə hazırlayıb bir sıra bağırsaq, sidik kisəsi və böyrək xəstəliklərini müalicə edirlər.
 
2016-cı ildə ABŞ-ın Atlanta Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, uşqun xərçəng hüceyrələrinin inkişafını dayandırır.
 
İki mərhələ halında aparılan təcrübələr siçanlar üzərində gerçəkləşdirilib. Uşqun bitkisində olan “parietin” adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə ineksiya edilib və iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb. Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldıb.
 
O vaxtlar İngiltərənin “Daily Express” qəzetində “Uşqun həyatımızı xilas edə bilər” başlığı ilə yayılan xəbər dünya mediasında böyük səs-küy doğurub.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti