“Televiziyalarımız 50-60 yaşdan yuxarı sənətkarları efirə dəvət etməsinlər, yazığıq...”

27-04-2021, 16:25
11
“Televiziyalarımız 50-60 yaşdan yuxarı sənətkarları efirə dəvət etməsinlər, yazığıq...”
“Baloğlan Əşrəfov xalqımızın sevimli bir sənətkarı, Azərbaycan musiqi sənətində böyük zəhməti olan müğənnimiz idi. O, yaxın dostum olub, səhnəni bir yerdə bölüşmüşük”
 
Bunu  açıqlamasında Xalq artisti Bilal Əliyev deyib. B.Əliyev bu itkidən sarsıldığını bildirib:
 
“Allah Baloğlan müəllimə rəhmət eləsin, yeri cənnətlik olsun. Baloğlan Əşrəfov xalqımızın sevimli bir sənətkarı, Azərbaycan musiqi sənətində böyük zəhməti olan müğənnimiz idi. O, yaxın dostum olub, səhnəni bir yerdə bölüşmüşük. Səksəninci illərdən bir yerdə konsertlərdə, müsabiqələrdə çıxış etmişik. O vaxtdan da bir-birimizlə daim əlaqəmiz olub. Çox yaxşı dost, müğənni, sənətkar idi. Biz bir-birimizdən çox şeylər öyrənirdik. Həyatın işidi, yəni heç kim deyə bilməz ki, sabah başımıza nə iş gələcək”.
 
Xalq artisti bildirib ki, gərək televiziyalar yaşlı müğənniləri koronavirusa görə efirə dəvət etməsin:
 
“Gərək televiziyalar 50-60 yaşdan yuxarı sənətçiləri tez-tez efirə dəvət etməsinlər. Çünki onların immuniteti bir az zəifdi. Burdan bütün televiziya işçilərinə müraciət edirəm ki, bunu nəzərə alsınlar. Ola bilər ki, gənc adamlar dözümlü olsun, amma yaşlı insanlar zəif olur. Ona görə də mümkün qədər yaşlı müğənnilərimizi pandemiya bitənə qədər efirə dəvət etməsinlər. Telefonla, görüntülü danışmaq mümkündü. Əgər mənim canlı oxumağımı istəsələr, “skype” üzərindən də oxuya bilərəm. Amma mən efirə gəlirəm, orda maskamı çıxarıram, başqasının istifadə etdiyi mikrofonu mən, mənim istifadə etdiyim mikrofonu başqası götürür. Yəni bütün bunlara diqqət etmək lazımdır. Yazığıq, gərək həyatda yaşaya bilək və xalqımıza xidmət edək. 
 
Bir daha dostumuz Baloğlan  müəllimə Allahdan rəhmət diləyirəm. Əlimizdən nə gəlir ki, Allahın yazısıdı. Ailəsinə, doğmalarına dərin hüzünlə başsağlığı verirəm. Allah səbr versin”. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti