"Qızımı alan kasıb olsa, evimi ona verəcəm"

29-04-2021, 09:33
8
"Qızımı alan kasıb olsa, evimi ona verəcəm"
Müğənni Şəbnəm Tovuzlu yeni mənzil alıb.
 
İfaçı bu barədə "Birə-bir" verilişində deyib: 
 
"Xırdalanda yeni mənzil almışam. Qızım var. Bəlkə sabah kasıb oğlan sevəcək. Mən də baxacam ki, oğlan kasıbdır, evi qızıma verəcəm, gedib həyat yoldaşı ilə yaşasın". 
 
Şəbnəm verilişdə "Qıznıza şou aləmindən bir bəy elçi çıxsa, onunla evlənməyə razı olarsınız " sualına da cavab verib: "Qızıma şou-biznesdən elçi düşən ağıllı oğlan olsa, razılaşaram. Əsas odur ki, bir-birini sevsinlər. Qızımın 16 yaşına qədər onunla qapalı olmuşam. Amma indi aramız açıqdır. Demişəm ki, hər şeyini mənimlə bölüş". 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti