“Bir müddət çox sıxıntılı oldum, çökdüm, səsimə də təsir etmişdi...”

1-05-2021, 16:11
9
“Bir müddət çox sıxıntılı oldum, çökdüm, səsimə də təsir etmişdi...”
Xəbər verdiyimiz kimi bu gün Xalq artisti Gülyaz Məmmədovanın doğum günüdür.
 
G.Məmmədova açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
 
“Təbrikiniz üçün çox sağ olun. Elə bu gün səhər açılandan dostlar zəng vurub təbrik edirlər. Bütün dostlara təşəkkür edirəm. Türkiyədən, Rusiyadan, Almaniyadan, Ukraynadan dostlarım zəng vurublar. Çox sevinirəm ki, onlar bu günümü unutmayıblar”.
 
G.Məmmədova deyib ki, qələbəmizə görə sevinsə də, həm də şəhidlərimizə görə kövrəlir:
 
“Qələmizə görə sevinirəm. Nə yaxşı ki, torpaqlarımız işğaldan azad olundu. O yerlərimizdə abadlıq işləri aparılandan sonra hər yer gözəl olacaq. O mənfur düşmənlərimiz də torpaqlarımızdan tam çıxacaqlar. Amma şəhidlərimizə görə qəm-qüssəm getmir. Nə qədər gülürəm, oynayıram, özümü yaşatmaq istəyirəm. Bir müddət çox sıxıntılı oldum, çökdüm, səsimə də təsir etmişdi. Amma artıq qələbəmizi yadıma salıb özümü həyata bağlayıram. Biz şəhidlərimizi unutmalı deyilik. Qazilərimiz də var. Bu gün Rəşad adlı qazimizin də doğum günüdür. Rəşad qardaşımı da təbrik edirəm. Sənət dostumuz Zabit Nəbizadənin doğum günüdür, onu da təbrik edirəm”. 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti