Köçəryan yenidən Paşinyanı məhkəməyə verdi - QARŞIDURMA QIZIŞIR..

9-04-2021, 10:16
19
Köçəryan yenidən Paşinyanı məhkəməyə verdi - QARŞIDURMA QIZIŞIR..
Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı yenidən məhkəməyə verib.
 
Erməni nəşrlərinin yayydığı məlumata görə, iddia məktubunda şərəf və ləyaqətin qorunması məsələsi yer alıb. Məhkəməyə iddia aprelin 7-də təqdim olunub və İrəvan şəhərinin ümumi yurisdiksiyasının hakimi Artur Mkrtçyan tərəfindən imzalanıb.
 

İddia iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulmasının təsbit edilməsi, pozuntu nəticəsində ona dəymiş mənəvi ziyanın ödənilməsi, iddiaçıya qarşı irəli sürülən ifadələrin açıq şəkildə təkzib edilməsi və iddiaçıya böhtan atılmasıyla ona dəymiş mənəvi ziyanın ödənilməsi ilə  əlaqədardır.

Xatırladaq ki, Köçəryan Ermənistanın hazırkı baş nazirinə qarşı dəfələrlə, o cümlədən 2018-ci ilin sentyabrında, 2020-ci ilin aprelində və  mayında da oxşar məhkəmə iddiaları qaldırıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti