“Eşşək” ləqəbli deputatı baş nazir etmək istəyirlər...-FOTOLAR

13-04-2021, 09:39
16
“Eşşək” ləqəbli deputatı baş nazir etmək istəyirlər...-FOTOLAR
“İndi hökuməti ilk dəfə seçki yolu ilə dəyişdirmək şansımız var. Ancaq insanların çoxu heç bir şeyin dəyişməyəcəyini düşünürsə, deməli, bizdə inkişafımız olmayacaq”
 

 

 

“Hesab edirəm ki, seçkilərin nəticələri çox balanslı olmalıdır. Yəni heç kim səslərin 50 + 1 faizini ala bilməz. Bu məqamda 15 ildir parlamentdə olan siyasi qüvvəmizin keçdiyi yol nəzərə alınarsa,  demək olar ki, indi növbə bizə gəlib. Qazanacağıq, hakimiyyəti ələ keçirəcəyik və Qagik Tsarukyan hökumətin başçısı olmalıdır ”- deyə fraksiya təmsilçisi vurğulayıb.
 
Jurnalistin Qagik Tsarukyanı bir diplomat kimi necə təsəvvür etdikləri barədəki sualına isə M.Melkumyan belə cavab verib:
 
"Çox yaxşı. Çünki Qagik Tsarukyan yüksək nüfuza malikdir..."
 
Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan ermənilərin Qarabağ klanı arasında “eşşək” ləqəbi ilə tanınır. Ötən il barəsində bizneslə bağlı cinayət işi qaldırılsa da, həbs edilməyən, amma  deputat toxunulmazlığı əlindən alınan partiya lideri aprelin 11-də oğluna təmtəraqlı toy keçirib və saat 23:00-dan sonra kütləvi atəşfəşanlıq təşkil etdiyinə görə polis tərəfindən cəmi 100 min dram(təxm.183 dollar) cərimə olunub...
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti