Bayden “S-400”lərə görə “erməni soyqırımı” deyib? - Blinkendən açıqlama

29-04-2021, 09:35
10
Bayden “S-400”lərə görə “erməni soyqırımı” deyib? - Blinkendən açıqlama
“ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” açıqlaması sürpriz olmamalıdır”.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
 
O bildirib ki, Baydenin uzun müddətdir 1915-ci il hadisələrini “soyqırımı” kimi şərh etməsi səbəbindən bu açıqlama gözlənilən idi:
 
“Prezident Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı bir görüş gerçəkləşdirib. Onun “erməni soyqırımı” açıqlaması sürpriz olmamalıdır”.
 
Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın S-400 sistemlərini almaqdan imtina etməsi məsələsində Türkiyəyə qarşı son dərəcə açıq mövqe sərgiləyir:
 
“S-400 müdafiə sistemləri ABŞ-ın təhlükəsizliyini risk qarşısında qoyur. Türkiyə və bütün ABŞ müttəfiqlərinin Rusiya müdafiə sistemlərini almaqdan imtina etməsi vacibdir”.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti