Oljas Süleymenov: “Məndən respublika rəhbəri olmazdı...”

1-05-2021, 16:30
9
Oljas Süleymenov: “Məndən respublika rəhbəri olmazdı...”
Məşhur qazax yazıçısı deyir ki, SSRİ dağılandan sonra müxtəlif ölkələrdə siyasətçilərdən çox, yaxşı natiqlər hakimiyyətə gəldilər, ancaq...
 
Sovet və qazax ədəbiyyatının klassiki Oljas Süleymenov mayın 18-də 85 illiyini qeyd edəcək. Süleymenovun həm Qazaxıstan daxilində, həm də onun sərhədləri xaricində baş verən hadisələrə mövqeyinə münasibət heç vaxt birmənalı olmayıb. Onun mövqeyi gah vətənpərvərləri, gah da liberalları qıcıqlandırıb.
 
SSRİ dövründə beynəlxalq "Nevada-Semipalatinsk" nüvə əleyhinə hərəkatının qurucularından biri olan O.Süleymenov hələ o zamandan diqqəti özünə və eyni zamanda yaradıcılığına yönəldə bilmişdi. Rus ədəbiyyatının qədim yazılı abidəsi olan "İqor polku haqda dastan"nın əsasən, türkdilli ifadələrdən ibarət olduğunu sübut etdiyi həyatının əsas əsəri- "Az i ya" rusiyalı alimlərin sərt qınağı ilə üzləşməsi də yaddaşlardan silinməyib.
 
Yazıçının yubileyi ərəfəsində “Novaya qazeta” Süleymenovla görüşüb. Müsahibənin bəzi hissələrini Musavat.com oxucuları ilə bölüşürük.
 
“Bizi necə də aldadıblar...”
 
ghf_6850@1000x606.jpg (391 KB)
O, öncə SSRİ kimi bir nüvə ölkəsində antinüvə hərəkatı yaratması haqda danışıb. Süleymenov deyib ki, bütün sovet vətəndaşları kimi o da düşünüb ki, nüvə silahının əldə edilməsi Sovet İttifaqının xilası ola bilər. “Və bu, 29 avqust, 1949-cu ildə çox uğurla başladı - Semipalatinsk poliqonunda ilk nüvə partlayışı sınaqdan keçirildi. 1963-cü ildə sınaqlar yeraltına keçəndə çox sevindim. Düşündüm ki, Allaha şükür, bu bölgənin və yaxın bütün ərazilərin əhalisinin üzərində daha təhlükə olmayacaq. 1963-cü ildə də barədə "Yaşasın sınağın sonu!" deyə, bir təbrik şeiri də yazdım.
 
SSRİ-yə aşkarlıq və demokratiya gəldiyi 1989-cu il hərbi-sənaye kompleksinə də toxundu. Həmin vaxt xatırlayıram ki, Semipalatinskdən çox uzaq olmayan Çağan hərbi aerodromdan bir pilot məni görüşə çağırdı. Pilot adını və rütbəsini vermədi, ancaq dedi ki, ailələrimiz, övladlarımız olduğu Semipalatiskidə sınaqlar keçiriləndə küləyin istiqamətini çox vaxt nəzərə almırlar. Zəhərli qazlar buludlar yaradaraq başımızın üzərində toplanır, həm də bu 1963-cü ildən belədir...”
 
Süleymenov deyib ki, bu danışıqdan sonra Qazaxıstan Yazıçılar Birliyinə gəlib, bütün deputatları toplayıb. “Yerli sovetin üç deputatı da daxil SSRİ Ali Sovetinin Rəyasət Heyətinə bu barədə bir məktub göndərdik. Yeraltı sınaqların əhali üçün təhlükəli olmadığı deməklə, bütün bu illər ərzində bizi aldatmışdılar. Qorbaçov hərbi-sənaye kompleksi ilə döyüşürdü və hətta sınaqlara moratorium elan etdi. 1987-1988-ci illərdə poliqonda sınaqlar dayandı.Amerikalılar isə sınaqlara davam edirdilər. Əlbəttə ki, generallar Qorbaçova təzyiq göstərdilər və bu səbəbdən də o, nüvə sınaqlarının davam etməsinə icazə verdi. Poliqon dayanan müddətdə nüvə proqramının bəzi elementlərinin sınağı yubanmışdı. Buna görə də sınaqların gücünü artırdılar. 12 fevral, 1989-cu ildə baş verən sınaq çox güclü oldu. Bundan sonra nüvə silahlarına qarşı ardıcıl etirazlarım başladı”.
 
Süleymenov deyib ki, 1989-cu ildə ilk dəfə poliqonun yanında etiraz mitinqi keçiriblər: “Semipalatinsk o zaman çox aktiv şəhər idi. “Nevada-Semipalatinsk” hərəkatını yaratdıqda Semipalatinskidən əlavə Karaqanda, Pavlodar mədənçiləri və bütün yaxın bölgələr təşkilata üzv oldular. O vaxt çox izdihamlı mitinqlər oldu. Semipalatinski dəmir hasarın arxasında binaları olan adi bir yerdir. Etirazçılar əlbəttə ki, içəri buraxılmadı. Yalnız mənim kimi fəallar içəri girdi, bizə hər şeyi göstərdilər… Hərəkatın əsas fəaliyyəti bu oldu ki, 1989-cu ildə planlaşdırlan 18 sınaqdan, 11-ni dayandırdıq.Son sınaq 19 oktyabr 1989-cu ildə keçirildi. Bundan sonra poliqon susdu. SSRİ dağılmağa başlayanda
 
bu sınaq poliqonu artıq Kreml üçün əhəmiyyətli deyildi. Hamı SSRİ-nin dağılmasının yaratdığı qarışıqlıqdan qaçmağa çalışırdı. Sonra digər ittifaq respublikalarının sərhədlərdəki bir çox hərbi obyekt bağlandı. 29 avqust, 1991-ci ildə Qazaxıstan SSR Nazirlər Sovetinin əmri ilə Semipalatinski hərbi-sənaye kompleksinin nəzarətində çıxarıldı”.
 
Onun sözlərinə görə, hazırda İran, Şimali Koreya da daxil, ABŞ və Rusiyanın yenidən nüvə silahına sarılmasını izləmək məyusedicidir: “O zaman hər şey istədiyimiz kimi getmədi. “QKÇP”, Sovet İttifaqının dağılması bu prosesin səmtini dəyişdi. Ali Sovetdə 150 nəfərlik nüvə əleyhinə qrup yaratdım - bu praktik olaraq Ali Sovetin üçdə biri demək idi. Nüvə silahına ehtiyac olmadığına dair ilk qərarı biz(SSRİ-red) verməli idik. Əminəm ki, o vaxt Qorbaçov bu mövqeyi dəstəkləyərdi. Biz "nüvə silahına ehtiyacımız yoxdur" desəydik, bunun dünyaya necə ciddi təsiri olardı!? Ən böyük nüvə güclərindən biri nüvə silahından imtina edir... Əminəm ki, amerikalılar da kənarda qalmazdı. Və əgər iki supergüc bu barədə danışsaydı, hər kəs onlarla razılaşardı”.
 
“Kremldə Qazaxıstana kimin rəhbərlik edə biləcəyini soruşdular”
 
"Nevada-Semipalatinsk" hərəkatında iştirakı ilə Qazaxıstan siyasətinin “super ulduzu” statusunu möhkəmləndirən Süleymenov, Qazaxıstan SSR prezidentliyinə namizəd olmasından niyə imtina etməsi barədə suala da cavab verib.“Bəli, prezidentliyə namizədliyim irəli sürülmüşdü. Bundan əvvəl məni Kremlə dəvət etdilər. Dedilər ki, Qazaxıstan Kommunist Partiyasının birinci katibi Gennadi Kolbin Moskvaya vəzifəyə gətirilir və onun yerinə kimi tövsiyə edə bilərsən? Dedim ki, mənə belə bir sual verdiyiniz üçün deməli, artıq bir siyahınız var. Bu siyahını mənə oxuyun, oradakı adamlar haqda öz fikrimi deyim. Mənə adlar verdilər, əlbəttə ki, onların hamısını tanıyırdım, barələrində də səmimi və açıq danışdım. Ancaq Nazarbayevin namizədliyi haqda xüsusi qiymət verdim. Dedim ki, Nazarbayev digərlərindən fərqli olaraq, hökumət işində təcrübəyə malikdir. Həm komsomol, həm də partiya işində iştirak edir. Yəni ondan daha yaxşısını tapa bilməzsiniz.
 
unnamed.jpg (75 KB)
 
1990-cı ildə Qazaxıstan SSR Ali Sovetinə Nazarbayevdən başqa mənim də namizdəliyim irəli sürüldü. Amma mən namizədliyimi geri götürdüm. Dedim ki, mən daha çox yazıçıyam və indi nüvə silahı əleyhinə fəaliyyət göstərirəm, amma indi dəftərxanaya məhkum ola bilmirəm, üstəlik, nə belə təcrübəm, nə də belə istəyim var”.
 
O.Süleymenov onu da deyib ki, SSRİ dağılandan sonra müstəqillik qazanan müxtəlif ölkələrdə siyasətçilərdən çox, yaxşı natiqlər hakimiyyətə gəldilər, ancaq bundan sonra bu ölkələrdə ciddi böhran yaşandı: “Mən də bir natiq kimi qalib gələ bilərdim, amma məndən respublika rəhbərimi olardı?”
 
“Hakimiyyətdə qalma müddəti ən yaxşı halda…”
 
Süleymenov deyib ki, onun üçün hakimiyyətdə qalma müddəti 5 il, ən yaxşı halda 10 il olmalıdır.
“Stalin dəyişməz hakimiyyət istədi. Xruşşov bunu təkrarlamağa çalışdı, amma ona imkan vermədilər. Sonra uğursuz Brejnev təcrübəsi oldu. Bu da ölkəni ciddi şəkildə şikəst etdi. Uzun müddətli hakimiyyət buna gətirib çıxarır”.
 
Jurnalist bu yerdə yada salıb ki, Süleymenovun 2011-ci ildə Qazaxıstanda prezident seçkilərinin keçirilməsinə ehtiyac olmadığını, əhalinin onsuz da 85 faizinin Nazarbayevi dəstəklədiyi barədə təklifini yada salıb.
 
Süleymenov deyib ki, həmin dövrdə Nazrabayevi sərt tənqid edib, bəzi addımlarının doğru olmadığını da deyib: “Düşünmürəm ki, bu təklifi ona görə vermişdim ki, Nazarbayevlə münasibətlərimi yaxşılaşdıram. Amma elə bir dönəm olur ki,bəzi siyasi liderlərin müstəqil olmadığını, hakimiyyətə gələrsə, ölkənin bundan qazanmayacağını dərk edirsən. Yalnız bizdə deyil, Rusiyada da eyni vəziyyətdir”.
 
SSRİ dövründə ciddi müzakirələrə səbəb olan "Az i ya" kitabı haqda da O.Süleymenov maraqlı faktlar açıqlayıb.
 
““Az i ya” kitabıma Brejnev rəy verməsəydi…”
 
“Bu kitabı 1958-ci ildən -Leninqrad Ədəbiyyat İnstitutuna daxil olanda yazmağa başlamışdım. Mənə “İqor polku haqda dastan”da şərq elementləri" mövzusu kurs işi kimi verilmişdi. O vaxt kurs işini vermədim, amma araşdırmamı 1975-ci ildə "Az i ya" kitabı şəklində ortaya çıxardım. XII əsrdə yazılmış “İqor polku haqda” dastanın müəllifinin ikidilli olduğunu başa düşdüm, mənim üçün maraqlı idi. Kitab bitən kimi nüsxənin birini həmişə müəllim kimi hörmət etdiyim Konstantin Simonova, ikincisini isə litvalı şairi Eduardas Mejelaytusa göndərdim. Onlar fərqli adamlardır, təbii ki, heç bir türk deyildi. Simonov rəyində yazmışdı ki, “necə mübarizənin başlayacağını təsəvvür edirəm, ancaq bil ki, sənin tərəfindəyəm". Mejelaytus isə sadəcə, bunları dedi: "Oljas, mən elmdə heç bir şey anlamıram, amma bu parlaq kitabdır."
 
Ancaq sonra digər qiymətləndirmələr rus icmasından gəldi. Müzakirələr qızışıb Suslova, sonra isə Brejnevə çatdı. Qazaxıstan Kommunist Partiyasının birinci katibi Kunayev Brejnevlə dost idi. Kunayev “Az i ya”ya sərt tənqidlərə baxaraq anladı ki, üzərimizdə “qara buludlar” var. Kunayev kitabı Brejnevin yanına apardı və oxumasını istədi. Sonra Kunayev ona zəng edib soruşub: "Oxudunuzmu?" Brejnev də deyib ki, "bəli, oxudum." Kunayev soruşub ki, kitabda “millətçilik, pantürkizm varmı? " Brejnev də "orada belə bir şey yoxdur" deyib. Bu, kitabıma ən yaxşı rəy idi. Suslov dərhal geri çəkilməli oldu, müzakirələr Elmlər Akademiyasının binasından o yana çıxmadı. Halbuki müzalirələri Mərkəzi Komitədə müzakirə etməyi düşünürdülər. Bu olsaydı, kitaba görə bütün Qazaxıstana ziyan vuracaq bir qərar ortaya çıxacaqdır. Beləliklə, Brejnevin kitaba verdiyi rəy respublikanı xilas etdi”.(musavat.com)
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti