Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanı başa çatıb - YENİLƏNİB

12-04-2021, 13:01
15
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanı başa çatıb - YENİLƏNİB
Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
 
Bu barədə DİM-dən məlumat verilib.
 
Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
 
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
 
İmtahan Bakı və Gəncə şəhərlərində keçirilib. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
 
İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin aprelin 12-də elan olunması nəzərdə tutulur.
 
***
 
Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il aprelin 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı və Gəncə şəhərlərində test imtahanları təşkil olunub.
 
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
 
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
 
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 5, Gəncədə isə 1 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 411, BB qrupu üzrə 960 olmaqla, ümumilikdə 1371 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti