Azərbaycanda daha üç məktəb distant təhsilə keçib

24-04-2021, 14:49
12
Azərbaycanda daha üç məktəb distant təhsilə keçib
Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.
 
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü hümanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.
 
Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.
 
Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi və bütün otaqları, idman zalları dezinfeksiya edilib.
 
Qeyd edək ki, 2020-2021 ci tədris ilində Ağdaş rayonu üzrə təhsil müəssisələrində bu günə kimi 60-a yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti