Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!

28-04-2021, 11:09
28
Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!

Gəncə şəhəri 2-ci məcburi köçgün düşərgəsində məcburi köçgünlər üçün nəzərdə tutulmuş düşərgədə təsərufat üçün belə yararlı olmayan suyu "içməli su "adı ilə satan Azərsu,müəyyən yollarla saxta sənəd əldə edərək məcburi köçgünləri əməlli başdı aldatmaqdadır.Mənə maraqlı olan odur ki məcburi köçgünlərə oçməli su adı ilə satılan su,təsərrüfat üçün də,əlverişli deyildir.Su krantlarının ən qısa zamanda sıradan çıxması,həyətyanı sahadə əkilən ağacların suyun şoranlığından quruması və inkişafdan qalması buna əyani sübutdur.Təsərrüfata belə yararlı olmayan su hansısa adiyyatı orqan tərəfindən saxta rəy əsasında məcburi köçkünlərə içməli su adı ilə tarif şurasının müəyyən etmiş olduğu qiymətlə məcburi köçkünlərə satılmaqdadır.Məsəsləyə münasibət bildirmək üçün adiyyatı olaraq Şaban müəllimə müraciət etdik.Telefon əlaqəsi zamanı Şaban müəllim məlum problemdən xəbərdar olduğunu bildirdi,günahın "Azərsu"-da olduğunu bildirdi.Şaban müəllim də öz növbəsində məcburi köçkünlərə verilən suyun içməli su olmadığını təqdim etdiyim faktlar əsnasında təsdiqləmək məcburiyyətində qaldı.Yaşadığımız bu dövürdə,texnalogiya əsrində təsərrüfat üçün nəzərdə tutulmuş suyu insanlara içməli su adı ilə vermək savadsızlıq və ya dələduzluqdan başqa bir şey deyildir.Əslində buna savadsızlıq deyil dələduzluq demek yerinə düşərdi.Görünür şorla balın qiymətinin eyni olduğu bir ölkədə yaşayırıq.Məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə məcburi köçkünlərin aldadılması adi hala çevrilmişdir.2014-cü ildə məcburi köçkünlərə verilən evlərin hər birinin hamamla təmin olunması nəzərdə tutulsa da,evlər hamamsız olaraq məcburi köçkünlərə verilmişdir.Bu azmış kimi qəsəbədə bir dənə də olsun ümumi hamam tikilib isdifadəyə verilməmişdir.Müəyyən "işbazlar"hamamın tikintisi üçün nəzərdə tutulmuş vəsaiti mənimsəyərək özləri üçün lazımi şərait yaratmışdır.Dövlət başçısının göstərişi ilə tikilən evlərin hamamsız olmasından yəqin ki,dövlət başçısı xəbərsizdir.Əgər xəbəri varsa belə çıxır ki,xxı əsrdə məcburi köçkün yaşadığı evin bir otağında vanna və abgərdənlə yuyunmalıdır,ya da ki yağış yağandan-yağana bədəninə su dəyməlidir.Bu qədər düşüncəsizlik və bu qədər haqsızlıq insan hüquq və azadlığına ziddir.xxı əsrdə tikilən həbsxanalarda dustaqlara, onların həyat və şəraitinin yaxşılaşdırılması üçün ilkin tələb gigyenik qaydaların təmin olunması,hər gün içməli su ilə təmin olunması,hamamla təmin olunması,şərt olaraq göstərilmişdir.Dustağın saxlanıldığı kamerada hamam olduğu halda azadlıqda yaşayan heç bir cinayət törətməyən sakinlərə sözün əsl mənasında cəza təyin olunmuşdur.Düzgün kanalizasiya təchizatı olmayan bir qəsəbədə yayın isti günlərində yaşamaq dözülməzdir.Qəsəbə sakinlərinin şəxsi vəsaiti hesabına çəkilən və yarımçıq qalmış kanalizasiya xətləri ondan xəbər verir ki,məcburi köçkünlərə insani qiymət və dəyər verilmir.

PSS: Gəncə şəhəri 2-ci məcburi köçkün düşərgəsində,təsərrüfat üçün yararlı belə olmayan suya,"içməli su"adı verilən saxta rəyin kim tərəfindən verildiyini sizlərdə biləcəksiniz.Şaban müəllimin "nağıllar aləminə" səyahəti sakinləri qane edeəcəkmi?
Məcburi köçgünlərin içməli su ilə təmin olunması üçün suyun qarşısını kəsən "Div"kimdir?
Sakinlərə verilən su içməli sudursa bəs nəyə görə qəsəbə sakinləri maşınla gətirilən suya möhtacdır? Adiatı qurumun saxta əməlləri nələrdi...

 

Bəxtiyar Saday oğlu

 

Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!
Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!
Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!
Saxta yollarla artezian suyu"içməli su"adı ilə tarif şurasının təyin etdiyi yeni qiymətlə məcburi köçgünlərə satılmaqdadır!

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti