“Eksperimental xəstəxana”, yoxsa "KOLXOZ BAZARI"... - NARAZILIQ!

21-05-2021, 11:00
13
“Eksperimental xəstəxana”, yoxsa "KOLXOZ BAZARI"... - NARAZILIQ!

Bakı şəhərində, əhali tərəfindən “Eksperimental xəstəxana” adı ilə tanınan bu tibb ocağının rəsmi adı “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” PHŞ formasında yazılır. Çoxhörmətli və məşhur bir alimin adını daşıyan bu elm mərkəzini heç bir tərəddüd etmədən “kolxoz bazarı” adlandırmaq olar. Bu, mənim şəxsi fikirim olsa da, həqiqət və reallıqda bununla razılaşmaq məcburiyyətindəyəm (17.05.2021-ci il tarixində qəbulda olmuşam).
Xəstəxanada iş rejimi saat 9-00 da başlasa da, artıq saat 8-20 dən etibarən içəridə olan həkimlərin telefon zəngləri əsasında bəzi pasiyentlərə (nəyinsə müqabilində) içəri daxil olmaq mümkün olur. İnsaf xatirinə qeyd etmək istəyirəm ki, giriş qapısında xidmət göstərən əməkdaşlar bunu istəməsələr də, həkimlər ardıcıl və davamlı olaraq onlara zəng edir və öz “sevilmilərini” içəri buraxdırmağa nail olurlar.
Prosesin ən dəhşətli və qorxulu halı saat 9-da baş verir. Qapı açılan kimi yüzlərlə insan qeydiyyat pəncərəsinin önünə hücum çəkir. Bir-birini itələmə, kənarlaşdırma, səs-küy, qeyri ədəbi ifadələr, yaranan mənzərə “kolxoz bazarı” ilə müqayisədə daha kobud, daha acınacaqlı görünür, baxmayaraq ki, pandemiya həyatda öz işini görür. Sözsüz ki, burda nə məsafədən, nə maskadan, nə də ki, hər hansı bir sanitar normadan söhbət gedə bilməz. Kabinetlərin qarşısında divardan asılan dizenfiksiya məhlul qablarının hamısı boşdur.
Bütün bu proseslərin, cəngəllik qanunlarının canlı şahidi olaraq, nəhayət ki, üçüncü mərtəbədə işləyən (qapıda nömrə yoxdur) Rasim Arif oğlu Quliyev adlı həkimin qəbuluna göndəriş ala bildim. O, məni qəbul etdi və təmkinlə ağrılarım haqqında informasiya topladıqdan sonra göndərişin üzərində bəzi qeydlər apararaq birinci mərtəbəyə, 11 saylı kabinetə, doppleroqrafiya müayinəsindən keçmək üçün istiqamət verdi.
Bəli!
“Kolxoz bazarı”nın əsl sifəti, daha doğrusu, bütün “gözəllikləri”, bütün dəlilləri və həqiqi reallıqları bundan sonra başladı. 11 saylı kabinetdə işləyən həkim Ələsgər Əliyev heç bir tərəddüd etmədən dedi:
-- 50 manat ödəməlisiniz...
-- Mən Akademik Mirqasımov adına RKX-dan göndərişlə gəlmişəm.
-- Bunun heç bir əhəmiyyəti yoxdur.
Həmin zaman Əliyev Ələsgərə bir tibb bacısı yaxınlaşdı və soruşdu:
-- Mənim tanışım gəlibdir. Öyrənmək istəyir ki, doppler müayinəsi neçəyədir?
Ələsgər Əliyev gözünü, belə, qırpmada dedi:
-- Əlli manat...
Tibb bacısı kabineti tərk etdikdən sonra, mən həkimə bildirdim ki, göndərişlə gəlmişəm, II qrup əliləm, sığortam var və s. Elə etməyin ki, şikayət edim. O, dedi:
-- Kimə istəyirsən get de. Ümumiyyətlə kabineti tərk et. Mənim bu söhbətlərə va-xtım yoxdur...
Mən, kabineti tərk edib, baş həkimin (Yusif Əliyevin) qəbul otağına yollandım. Katibə bildirdi ki, baş həkim “beş” dəqiqəlikdədir. Yaxşı olar ki, direktorun qəbuluna gedəsiniz. Mən direktorun (Rauf Ağayevin) qəbul otağına gəldim. Burda katibə bildirdi ki, direktor məşğuldur, baş həkimlə nəyisə müzakirə edirlər. Mən əsəbi halda dedim:
-- Əla! Bu, daha yaxşı oldu. Katibə məni dinlədikdən sonra direktorun otağına keçdi. Bir müddətdən sonra çxaraq dedi:
-- Gözləyin! Həkimə zəng edirlər.
Çox keçmədi ki, içəidən direktor çıxıb katibəyə dedi:
-- Zəng et!.Gəlib xəstəni aparıb müayinədən keçirsinlər...
Katibənin zəngindən sonra bir tibb bacısı məni yenidən 11 saylı kabinetə Əliyev Ələsgərin yanına apardı.O, deyinə-deyinə məndən pul istəmədiyini bildirərək dedi:
-- Bəyəm mən kimdənsə rüşvət alıram?!
Ancaq həmən məndən əvvəl ki, xəstədən 100 manat aldı və 50 manat qalığı qaytardı. Sözün açığı onun müayinəsini dəyərli hesab etmirəm. Çünki onun başdan etmə hərəkətləri diqqətimdən yayınmadı. Artıq məni müayinənin nəticəsi yox, hüq-uqlarımın bərpası maraqlandırırdı.Mən isə buna nail oldum!
Nə vaxta kimi Azərbaycan səhiyyəsi “kartof-soğan” satılan “Kolxoz bazarı”nı xatırladacaqdır. Bu gün, səhiyyə daha bərbad vəziyyətdədir, ümumiyyətlə, başqa cür də ola bilməz. Əgər bir arvadın üç kişisi varsa-Səhiyyə Nazirliyi, TƏBİB və Sığorta Agentliyi, -- demək, -- uşağın atası bəlli olmayacaqdır...

Veydəddin PİRƏLİYEV,
filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. //araz.az//

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti